Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dadı dillər əzbəri olan Naxçıvan pendirinin sirri

Dadı dillər əzbəri olan Naxçıvan pendirinin sirri

Naxçıvan, 25 dekabr, AZƏRTAC

Naxçıvanın hansı kəndinə getsək, heyvandarlıqla məşğul olan hər bir ailədə üzlü, üzsüz, qaşar, sərmə, axtarma, ovma, döymə, motal kimi pendir növlərinin hazırlandığının şahidi olarıq. Hamısı da bir-birindən gözəl, bir-birindən dadlı.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı Şərur rayonunun sakini 95 yaşlı Dilbər Məmmədovanın qonağı olub. Görüşün məqsədi Naxçıvan pendirinin hazırlanma qaydası barədə məlumat almaq, onun dadlı edən sirri öyrənmək idi.

Dilbər nənə heyvanın bəslənməsinin, hətta südün sağılmasının da pendirin dadına təsir göstərdiyini deyir: “Pendir qoyun, inək, keçi, camış südündən hazırlanır. Keçi südündən olan pendir daha da qiymətlidir. El arasında deyirlər ki, “buranın torpağı duzludur, heyvanları da bu torpaqda bitən duzlu ot yediyindən əti, südü, pendiri dadlı olur”.

Dadlı-tamlı pendir məhsulu almaq səriştə, bacarıq tələb edir

“Dadlı-tamlı süddən ləziz pendir məhsulu almaq səriştə və bacarıq tələb edir”, - deyən Dilbər nənə bildirir ki, pendiri vurarkən südün temperaturunu, onun əmələgəlmə vaxtını diqqətdə saxlayırlar. Bu, ona görə lazımdır ki, pendir nə qıcqırıb deşik-deşik, nə də bərkiyib zay olsun. Həmçinin süzmə qaydasına, kəsilməsinə, duzlanmasına və pendirin saxlanmasına dəqiq riayət olunması südün tərkibindəki dadı üzə çıxarır. Yaxşı pendir tutmaq üçün “quyruq doğdudan”, yay yarı olandan sonra bu işə başlanılmalıdır. El arasında adı, dadı dillər əzbəri olan arxac, qaşar, axtarma pendirləri daha çox ilin bu dövründən sonra tutulur. Bu cür pendirlərə “payız pendiri” də deyirlər. İlin bu dövründə süd yağlı olduğundan ondan hazırlanan pendirlər daha dadlı alınır.

Dələmə otundan hazırlanan “əl mayası”

Onun sözlərinə görə, tutulan pendirin dadı mayasından da çox asılıdır. Pendir hazırlamaq üçün pendir mayasından və təbii halda bitən dələmə otundan istifadə edilir. O, mayanın hazırlanma qaydasından danışaraq deyir: “Qursaq duzlanıb qurudulur. Pambıq parçadan hazırlanmış kisədə saxlanılır. Buğda qaynadılır, soyuduqdan sonra şüşə və ya şirli qaba tökülür, üzərinə kiçikölçülü şəffaf daşduz parçası, təmiz yuyulmuş bir çiy yumurta atılır. Bir ovuc noxud, bir ovuc kəklikotu, iki tikə qənd, bir qursaq qoyulduqdan sonra on gün qab içərisində torpaqda saxlanılır. On gün tamam olduqdan sonra torpaqdan çıxarıb süzüb, istifadə edirik. “Əl mayası” dediyimiz bu mayanı o vaxtlar kiməsə borc verməz, mal-qaramızın südünün bərəkətini itirəcəyini düşünərdik. Heyvandarlıqla məşğul olan hər kəsə ruzi-bərəkət arzulayanda “mayanız bol olsun” deyərdik. Obaya köçməzdən əvvəl ilk hazırlığımız maya tutmaq olardı ki, mal-qara süd verməyə başlayanda pendir tutmağa mayamız olsun. Hər dəfə Batabat yaylağına çıxanda özümlə ən azı üç litr maya aparardım ki, pendir tuta bilim”.

Dilbər Məmmədova bildirir ki, dövr dəyişib, çoxlu üsullar yaranıb. İndi təbii yolla maya hazırlamaq da artıq yaddan çıxıb. İndiki gənc nəsil əziyyət çəkib təbii yolla maya hazırlamaq yerinə başqa üsullarla hazırlanan mayalara üstünlük verir.

Az üyüdülmüş Naxçıvan duzundan istifadə olunması pendiri həm dadlı, həm də keyfiyyətli edir

“Pendiri tutmaq qaydasına gəldikdə, azca isidilmiş südə pendir mayası qatılır, 1-2 saatdan sonra uyuşmuş süd pambıq parçadan tikilmiş torbaya tökülür, üzərinə bir neçə ağır daş qoyulur. Daş nə qədər ağır olsa, o qədər faydalıdır. Bir neçə saatdan sonra bərkiyən pendir torbadan çıxarılır və doğranıb duzlanılır. Naxçıvan duzunun az üyüdülmüşündən istifadə olunması pendiri həm dadlı, həm də keyfiyyətli edir. Üzərinə pendir suyu tökülür. Təzə pendir duzlanılıb bir qaba yığıldıqdan sonra onun özünün tərkibindəki su da yavaş-yavaş çıxmağa başlayır. Suyun qalması pendirin uzun müddət keyfiyyətli şəkildə saxlanmasına imkan verir”, - deyə Dilbər nənə qeyd edir.

Qışın ləzzətli yeməyi - axtarma və ovma pendir

Axtarma pendiri ilə də maraqlanıram. Məlum olur ki, bu pendiri əldə etmək üçün yaylaqda yağlı, südlü qoyunları seçib (pendirin adı da buradan yaranıb) sağır, südündən pendir hazırlayırlar. Pendirin, adətən, tutulduqdan ən az üç ay sonra süfrəyə gətirilməsi daha məsləhətlidir. Dilbər nənə Naxçıvanın dadı damağımızdan getməyən pendirinin ən dadlısının ovma pendir olduğunu vurğulayır. Qış aylarında şirin çay, ovma pendirlə lavaş dürməyinin yerini heç nə verə bilməz. Yəqin ki, bunu bütün naxçıvanlılar, bu qədim yurdun qonağı olub ovma pendirin dadına baxanlar da təsdiqləyər.

“Bəs döymə, ovma pendir necə hazırlanır?” - deyə soruşuram. Deyir ki, bəlkə də, bu pendirin dadlı olmasının səbəbi onun zəhmətlə hazırlanması ilə əlaqədardır. Adi pendir hazır olduqdan, yəni turşusunu alıb bərkiyəndən sonra onu təmiz yuyub ən az bir gecə qurumağa qoyurlar. Sonra pendir daşının üstündə döyür və yaxud əl ilə ovurlar. Ovduqdan sonra pambıq süfrəyə bükmək, bir-iki saat saxlamaq lazımdır. Qabaqcadan yuyulub qurudulmuş küpə, şüşə balona az-az töküb əli ilə və ya toxmaq ağacla döyülməlidir.

Pendirin ən etibarlı saxlanma üsulu - basdırma

Pendiri küpəyə nə qədər sıx yığsaq, o, daha yaxşı qalar. Dilbər nənə bildirir ki, küpənin içərisində hava qalarsa, ovma pendir keyfiyyətini itirər və tez xarab olar. İçərisinə tərxun, kəklikotu vurub, küpələrə, şüşə balonlara yığır, ağzına tənzif, tut yarpağı, sələ (sələ qoyun dərisindən hazırlanır) qoyub bağlayırlar. Sonra küpəni tərsinə çevirib torpağa basdırırlar. Arxa tərəfi bir az çöldə qoyulur ki, hava çəksin. Əgər pendirə hava dəyməsə və ya suyu süzməsə, onda xarab olar. Yayın isti günlərində pendir basdırılan yeri tez-tez su ilə islatmaq lazımdır. Pendiri ovulmamış, doğranmış şəkildə saxlamaq da olar. Doğranmış pendir bir küpəyə yığılır, üzərinə duzlu su əlavə edilir, ağzı möhkəm bağlanır, çox da dərin olmayan bir çuxur qazılıb basdırılır. Bu üsulla saxlanılan pendirin dad-tamı da ovma pendir kimi olur. İstəyə görə suyuna dağ nanəsi, kəklikotu, tərxun atmaq olar.

Ta qədimdən hazırlanan motal pendir

Motal pendir ta qədim dövrlərdən bəri dağ kəndlərində və arandan dağlara köç edən əhalinin daha çox hazırladığı pendir növüdür. Pendir motalın (bu, heyvan dərisindən hazırlanır) yunlu hissəsinə (yunu kəsib bir santimetr saxlanılır) yığılıb saxlanıldığı üçün belə adlandırılır. Torpağa basdırılıb qış üçün saxlanılır. Pendir motalda xarab olmasın deyə, hərdən o biri tərəfi üstə də çevirmək lazımdır. Əvvəllər şor, pendir saxlamaq üçün xırdabuynuzlu heyvanların dərisindən hazırlanmış “çılğı” adlanan məişət əşyasından da istifadə olunurdu.

Naxçıvan əhalisinin minilliklər boyu qışa tədarük prosesində hazırladığı süd-ağartı məhsulları içərisində xüsusi yeri olan pendir el arasında süfrənin “şahı” adlanır. Dadı dillər əzbəri olan Naxçıvan pendirinin sirri isə ondadır ki, doğma təbiətimiz zəngindir, bu zənginlikdən istifadə edərək hazırlanan süd-ağartı məhsulları həm də zəhmətsevər insanların əməyi nəticəsində hasilə gəlir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Özbəkistanda onkoloji xəstəliklərlə mübarizə üzrə Milli Proqram həyata keçiriləcək

Zeynal Nağdəliyev: 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir

Azərbaycanda buğda istehsalı üzrə hədəflərə çatmaq üçün nəzərdə tutulan tədbirlər açıqlanıb

Şahmar Mövsümov: Regional müşavirənin məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəfləri birgə müzakirə etməkdir

Filippin Respublikasının Prezidenti Zati-aliləri cənab Ferdinand Romualdez Markosa

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

Prezidentin köməkçisi: Aqrar sahədə keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi yeni Dövlət Proqramının qəbul edilməsini şərtləndirib

“Kəpəz” Arif Əsədovla danışıqlar aparır

Nazir müavini: Bizim qərarlarımız real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır

Milli Məclis növbədənkənar sessiya çərçivəsində daha 10 məsələnin müzakirəsinə başlayıb

Kembric və ALTE ilə əməkdaşlıq: DİM beynəlxalq imtahan standartlarını Azərbaycana gətirir

Ağdaşda regional müzakirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunur

Göygöl rayonunda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilir

Bilal Dündar: 1994-cü ildən başlanan enerji siyasəti Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsi olub

Beş ayda “Şuşa KOB evi”ndə sahibkarlara 560-dək xidmət göstərilib

Astara terminalında tranzit daşımaların həcmi artıb

Xalid Əhədov: Qarşıdakı dövrdə özəl sektor aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir

BMT Baş katibi xəbərdarlıq edib: Nifrət ritorikası sürətlə yayılır

DSMF ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 19 mindən çox şəxs qəbul edilib

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti oyuna çıxır

Sosial mediada çox vaxt keçirən yeniyetmələrdə depressiya riski artır - tədqiqat

Xankəndidə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub VİDEO

Xankəndidə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub VİDEO

Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri

Xalid Əhədov: Aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunması əsas hədəfdir

BDYPİ “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib

Gələn ildən futbolçuların müqavilələrinə sərbəstqalma bəndinin daxil edilməsi məcburi olacaq

Prezidentin köməkçisi: 2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb

Dünya çempionatının ən yaxşı futbolçuları açıqlanıb

Kembric kvalifikasiya imtahanına qeydiyyat elan edilir

Soçi hava limanında 57 reys təxirə salınıb

DİM: Magistraturaya qəbul imtahanında 15 min 719 bakalavr iştirak edəcək

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

FHN “Son zəng”lə bağlı avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib

Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub

İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə başlayıb

Dünya çempionatı: B qrupunda mübarizəyə start verilir

Azərbaycan nefti 96 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 96 dollardan baha satılır VİDEO

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Fars”: İran hələ ABŞ ilə razılaşmanın heç bir mətnini təsdiqləməyib

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib