DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ DİQQƏTDƏN KƏNARDA QALMAMALIDIR
Bizim səfərimiz Azərbaycan-Amerika əməkdaşlığının daha da inkişafına təkan verəcəkdir. Azərbaycan dünyaya, o cümlədən amerikalılara bu mürəkkəb regionda necə xüsusi rol oynadığını bildirməlidir. Bu istiqamətdə biz öz dostumuza kömək edə bilərik.
AZƏRTAC xəbər verir ki, bu fikri Amerika Yəhudi Komitəsinin icraçı direktoru Deyvid Harris avqustun 16-da ölkəmizə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında vurğulamışdır. O demişdir ki, ölkəsinə qayıtdıqdan sonra Birləşmiş Ştatlar hökumətinin diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə və 907-ci düzəlişin tam ləğvinə cəlb etməyə çalışacaqdır. Bu münaqişə diqqətdən kənarda qalmamalıdır.
Azərbaycan reallıqları barədə ictimaiyyətə, o cümlədən hökumətə məlumat verəcəyini də bildirən qonaq demişdir ki, dost kimi biz bu baxımdan Bakıya kömək etməliyik və edəcəyik. Azərbaycan enerji təhlükəsizliyinə töhfəsi ilə yanaşı, terrorizmlə də mübarizə aparır. Təəssüf ki, Amerikada çox az adam bilir ki, bu ölkə tolerantlıq məkanıdır. Bu model bizim dünyada çox lazımdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]