Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daha dörd məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

Daha dörd məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bakı,3 may, AZƏRTAC

Mayın 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitənin sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib ki, birinci məsələ olan Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması, eləcə də dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Şöbə müdiri diqqətə çatdırıb ki, dəyişikliklər Prezidentin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas hədəflərindən biri olan “Qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması sisteminin yaradılması və tətbiqi” tələbindən irəli gəlir.

Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması sisteminin artıq tətbiq olunduğunu qeyd edən Adil Vəliyev layihədə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin də müvafiq sertifikatlaşdırmadan keçirilməsinin təklif olunduğunu bildirib.

Qanunvericiliyə görə ilk dəfə işə qəbul olunan müəllimlərin 5 il müddətində sertifikatlaşdırmadan keçmədiyini deyən Adil Vəliyev bu məhdudiyyətin onları sertifikatlaşdırmadan keçən təhsilverənlərin maaşına nəzərdə tutulan əlavələrdən məhrum etdiyini və müəllimlərin haqlı narazılığına səbəb olduğunu diqqətə çatdırıb. Ona görə də layihədə Əmək Məcəlləsinə ilk dəfə işə qəbul olunan təhsilverənlərin 5 (beş) il müddətinə deyil, 3 (üç) il müddətinə sertifikatlaşdırmaya cəlb edilməməsi təklif olunub. Şöbə müdiri məcəlləyə yaşı 60 və daha çox olan təhsilverənlərin sertifikatlaşdırmaya könüllü əsaslarla cəlb edilməsi qaydasını da təklif olunan daha bir mütərəqqi dəyişiklik kimi ayrıca vurğulayıb.

Gündəliyin ikinci məsələsi olan “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) AMEA-nın bəzi elmi müəssisə və təşkilatlarının, habelə digər qurumların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı hazırlanıb. Layihədə komitənin müzakirəsinə təqdim olunan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsinin təhsil müəssisələri sırasından çıxarılır.

Adil Vəliyev 3-cü məsələ olan “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirib ki, sənəddə Ailə Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq 2 yeni müavinət növünün - himayədar ailəyə verilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinət və həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinət növü təsis edilməsini nəzərdə tutulur.

Nəhayət, “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də Ailə Məcəlləsinə edilən dəyişiklikdən irəli gələrək, qanunun 17.1-ci maddəsindən “himayədar ailə” sözlərinin çıxarılması təklif olunub.

Sonra Musa Quliyev Azərbaycanda əhalinin, xüsusən həssas qruplardan olan insanların sosial müdafiəsinin gücləndirilməsinin Prezidentin sosial siyasətinin mühüm tərkib hissəsi olmasından söz açıb. 2018-ci ildən başlayaraq ölkədə yeni sosial islahatlar dalğasının başladığını qeyd edən komitə sədri ötən müddətdə böyükhəcmli 4 sosial islahat paketinin qəbul olunduğunu, müavinətlərin, pensiyaların, əməkhaqlarının və digər sosial təminatların kifayət qədər yüksək səviyyədə artırılmasından danışıb. Bu islahatlar sistemində valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğının xüsusi yer tutduğunu söyləyən Musa Quliyev Prezidentin müvafiq fərmanı ilə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində tərbiyələnməsi imkanlarının genişləndirilməsi, ailə əsaslı alternativ qayğı ilə əhatə olunması və daha çox sosiallaşması məqsədilə qanunvericilikdə yeni hüquqi imkanların yaradıldığını vurğulayıb. O, Ailə Məcəlləsinə və ondan irəli gələrək də digər qanunlara, o cümlədən “Sosial müavinətlər haqqında” Qanuna təklif olunan dəyişikliklərin əsas mahiyyətinin valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində tərbiyə alması üçün yeni bir alətin himayədar ailə institutunun yaradılması ilə bağlı olduğunu diqqətə çatdırıb.

Sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli təklif olunan dəyişikliklərdə nəzərdə tutulan himayədar ailə institutu haqqında deputatlara ətraflı məlumat verib. Bildirib ki, himayədar ailə institutu valideyn himayəsindən məhrum olan, öz bioloji ailəsində qalması mümkün olmayan uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında, müqavilə ilə ödənişli əsaslarla ailə mühitində böyüməsini təmin edən ailə əsaslı alternativ qayğı növüdür. Bu modelin səciyyəvi xüsusiyyətlərini diqqətə çatdıran nazir müavini onun əsas üstünlüklərindən və himayədar valideynlərə qarşı irəli sürülən meyarlardan və tələblərdən danışıb. Vüsal Nəsirli uşaq himayədar ailəyə verildikdən sonra nazirlik tərəfindən monitorinqlərin keçirilməsi, himayədar ailəyə veriləcək uşaqlara görə aylıq və birdəfəlik müavinətlərin təyin edilməsi qaydalarını şərh edib.

Qanun layihələrinin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Jalə Əliyeva, İlham Məmmədov, Aqil Məmmədov, Vüqar Bayramov, Sevinc Hüseynova çıxış ediblər. Onlar təklif olunan dəyişiklikləri təqdir edərək, onların mütərəqqi və zəruri olduğunu bildiriblər.

Müzakirələrin sonunda gündəlikdəki dörd qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim