SİYASƏT
Darxan Kıdırali: Can Azərbaycanın hər uğuruna sevinirik VİDEO
Bakı, 7 dekabr, AZƏRTAC
Ölkələrimiz dost və qardaş ölkələr olaraq diplomatik münasibətləri, o cümlədən parlamentlərarası əlaqələri daha da genişləndirirlər. Türk Dünyasının Milli Komissiyalarında ortaq model qanunlar yaradılır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali söyləyib.
O, ölkələrimizin parlamentlərində dostluq qruplarının uğurla fəaliyyət göstərdiyini deyib: "Bu da ölkələrimizin iqtisadi, siyasi, logistika, tranzit, turizm, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığının artırılmasına və strateji razılaşmaların təmin olunmasına böyük töhfə verir. Mən, həmçinin Azərbaycanı bu yaxınlarda uğurla keçən COP29 tədbiri münasibətilə təbrik etmək istəyirəm. Can Azərbaycanın hər uğuruna sevinirik”, - deyə Darxan Kıdırali vurğulayıb.