Daşkənddə 9 May - Xatirə və Ehtiram günü münasibətilə bayram tədbirləri keçirilmişdir
Daşkənd, 10 may (AZƏRTAC). Daşkənddə 9 May - Xatirə və Ehtiram Günü münasibətilə Daşkənddə bayram tədbirləri keçirilmişdir.
Özbəkistan Prezidenti İslam Kərimov, hökumət üzvləri, deputatlar, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, veteranlar Daşkəndin mərkəzindəki “Kədərli ana” abidəsini və naməlum əsgərin məzarını ziyarət edərək əklillər və çiçək dəstələri qoymuşlar.
İslam Kərimov Vətən və xalq üçün canlarından keçən əsgər və zabitlərin xatirəsinin həmişə əziz tutulduğunu bildirmişdir. Diqqətə çatdırılmışdır ki, 1941-1945-ci illər müharibəsi zamanı təxminən 7 milyon əhalisi olan Özbəkistandan cəbhəyə 1,5 milyon əsgər və zabit göndərilmiş, onların da təqribən 500 mini həlak olmuş və ya itkin düşmüşdür.
Tədbirlərdə Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev və səfirliyin digər əməkdaşları, diasporumuzun üzvləri iştirak etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:41]
Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir
- 09.09.2026 [15:35]
Britaniyada yüzlərlə aviareys ləğv edilib
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]