Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşkənddə Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı olub

Daşkənd, 13 aprel, AZƏRTAC

Yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə Daşkənddəki “Mashhur press” nəşriyyatında özbək dilində çap olunmuş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“İlhom Aliyev. “Ozgarishlar jarayonidagi Prezident tasviri”) kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində xarici ölkələrin səfirləri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri, müəllimlər və tələbələr, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Kitabın tərcüməçiləri özbək alimləri, mərhum Usman Kuçkar və Şokir Dolimovdır.

Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Elmira Axundovanın yaradıcılığı haqqında məlumat verib. O, yazıçı tərəfindən qələmə alınmış, postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materialları özündə əks etdirən kitabda ölkə başçısının əsl portretinin yaradıldığını qeyd edib.

Səfir vurğulayıb ki, müəllif əsərdə dövlət başçısının uğurlu fəaliyyətini geniş təhlil edərək Prezidentin daxili və xarici siyasət, hərbi, sənaye, mədəniyyət, idman, multikulturalizm və informasiya sahələrindəki xidmətlərinə nəzər salıb. O, kitabın Özbəkistanda da böyük maraqla qarşılandığını qeyd edib.

Elmira Axundova müəllifi olduğu kitab haqqında danışaraq Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində Azərbaycanda böyük dəyişikliklərin olduğunu, ölkənin iqtisadi mənzərəsinin tamamilə dəyişdiyini və Azərbaycanın heç vaxt indiki qədər qüdrətli olmadığını bildirib. E.Axundova deyib: “25 il əvvəl, 1991-ci ilin əvvəlində “Azərbaycan” qəzetində mənim Heydər Əliyev haqqında böyük yazım dərc edilmişdi. Bu dövr Heydər Əliyev üçün çətin bir dövr idi. Sonralar bu böyük siyasətçi haqqında yüzlərlə məqaləm, siyasi detektiv janrında üç kitabım və yeddi roman-tədqiqatım işıq üzü gördü. Bu əməyimə görə 2014-cü ildə dövlət mükafatına layiq görüldüm. Bu əsərlərdə publisistik formada Heydər Əliyevin həyatı, taleyi, siyasətçi kimi yetişməsi, Azərbaycanın dirçəldilməsi istiqamətində həyata keçirdiyi işlər əks olunub. Bununla paralel olaraq, mən Heydər Əliyevin ailəsinin - 1994-cü ildən Ulu Öndərin komandasında çalışan, atasının sadiq silahdaşı olan İlham Əliyevin, 1990-cı illərin ortalarından Azərbaycan mədəniyyətinin gözəl ənənələrinin təbliğatçısı və qoruyucusu olan Mehriban Əliyevanın humanitar sahədə həyata keçirdiyi böyük layihələri müşahidə edirdim və bunun nəticəsi olaraq Azərbaycan və Rusiya mətbuatında onlarla məqaləm çap edildi”.

Müəllif Prezident İlham Əliyev tərəfindən elan edilən “qara qızıl”ın insan kapitalına çevrilməsi” siyasəti nəticəsində Azərbaycanın Qafqazda lider dövlət olduğunu, regionda nüfuzlu ölkə kimi qlobal əhəmiyyətli nəhəng layihələrin həyata keçirildiyini, dünyada ölkəmizin nüfuzunun artdığını və xalqın Prezidentə inamının gücləndiyini söyləyib. O bildirib ki, bu kitab üzərində işləyərkən akademik Ramiz Mehdiyevin “Azərbaycanı dəyişən 10 il” əsəri stolüstü kitabı olub və bu kitabdan kiçik bir hissəni diqqətə çatdırıb: “Onun fəaliyyəti inqilabi xarakter daşıyır, çünki on il ərzində çox ümidləri doğruldub, bu isə insanların hakimiyyətə münasibətini müəyyənləşdirir...

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin nadir təşəbbüsləri ölkənin, regionun, Avrasiya məkanının iqtisadi landşaftını dəyişir, zamanın sərt dönüşündə öz liderini dəstəkləyən xalqın mənəvi oyanışı üçün böyük stimula çevrilir”.

Elmira Axundova ölkəmizdə görülən işləri, qazanılan uğurları görməyən bəzi şəxslərin öz vətənləri əleyhinə apardıqları iyrənc kampaniyanı pisləyərək, bu cür insanların sağlam düşüncəyə söykənmədiyini və öz vətənlərinə xəyanət etdiklərini vurğulayıb.

Kitabın tərcüməçilərindən biri olan Şokir Dolimov regionda Azərbaycanın müstəqil siyasət aparan dövlət olaraq nüfuzunun yüksəldiyini, ölkədə nəhəng infrastruktur layihələrinin reallaşdırıldığını vurğulayıb. O, beynəlxalq tədbirlərə - Avropa Oyunlarına, İslam Oyunlarına, Qlobal forumlara ev sahibliyi etməsini Azərbaycanın artan nüfuzunun göstəricisi kimi qiymətləndirib. Ş.Dolimov deyib: “Bu əsərin mahiyyətinə vardıqca anladım ki, kitab bizim müasirimizin öz ölkəsini nəinki regionun, həm də qitənin inkişaf etmiş, zəngin dövlətinə çevirməsi haqqındadır. Bu əsər öz ailəsini, ölkəsini, xalqını, tarixini, dilini və mədəniyyətini necə sevmək, Vətən naminə necə yaşamaq və çalışmaq haqqındadır. Bu kitab gənc bir insanın uğurlu bir şəxsiyyətə çevrilməsi, qorxmaz siyasi fiqur kimi yüksəlməsi barədədir. Bu kitab əsl prezident olmaq üçün nə etmək lazımdır sualına cavab verir”. O vurğulayıb ki, ictimai-siyasi fəaliyyətlə məşğul olan, öz həyatını Vətənə xidmətə həsr edən gənc nəsil bu kitabdan çox şey öyrənə bilər. Bu əsərdə “Prezident marafonu: həyəcanlı və ümid dolu illər” hissəsində mühüm bir informasiya nəzərimi cəlb etdi. Azərbaycanda yaşamaq hüququ almaq istəyən xarici ölkə vətəndaşları dövlət dilini bilmələri ilə bağlı mütləq qaydada test imtahanı verməlidir. Bəli, bu ölkədə yaşamaq istəyirsənsə, dövlətimin və xalqımın dilini bilməlisən, nə gözəl bir təşəbbüsdür.

Ş.Dolimov çıxışının sonunda kitabın Özbəkistan ictimaiyyəti, tədqiqatçılar üçün olduqca maraqlı bir mənbə olduğunu vurğulayaraq, müəllifə və kitabın çapına görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib.

Özbək tarixçisi Şuxrat Salamov kitabın çox maraqlı olduğunu və nəşrdə Azərbaycan-Özbəkistan münasibətlərinə dair İlham Əliyevin maraqlı fikirlərinin yer aldığını qeyd edib. Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək görünməyən mühüm uğurlara imza atdığını vurğulayan Şuxrat Salamov tarixboyu güclü dövlət başçılarının fəaliyyətinə, onların irsinə tez-tez müraciət olunduğunu söyləyib. O, Elmira Axundovanın fikirlərinə dəstək olaraq xarici ölkələrdə anti-Azərbaycan təbliğatı aparanlara səslənərək bunun Vətənə, millətə, dövlətə xəyanət olduğunu bildirib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, alim-tərcüməçi Babaxan Şərif və başqaları bildiriblər ki, müəllif nəşrdə Azərbaycan Prezidenti İlham Əliyevin portretini yaradıb, onu öz xalqının əsl siyasi lideri və müasir dövrün ən parlaq siyasi xadimi kimi təqdim edib, real faktlara və hadisələrə əsaslanaraq dövlət başçısının parlaq obrazını yaradıb.

Onlar Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi, mədəniyyətlərarası dialoq sahəsində təşəbbüslərini yüksək qiymətləndirərək, kitabda müəllifin multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu, xalqımızın əsrlərboyu tolerantlıq, dözümlülük nümayiş etdirdiyini, digər dinlərə və mədəniyyətlərə hörmətlə yanaşdığını real faktlarla sübuta yetirdiyini qeyd ediblər.

Daha sonra “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının imza mərasimi keçirilib, Elmira Axundova çoxsaylı oxuculara imzası ilə kitab hədiyyə edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik