Daşkənddə Mərkəzi Asiya və Azərbaycan Kinosu Günlərinin açılışı olub
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də Özbəkistan Milli Kinematoqrafiya Sarayında Mərkəzi Asiya və Azərbaycan Kinosu Günlərinin açılışı olub. Tədbir xarici nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa müzakirəsi ilə başlayıb.
AZƏRTAC “UzA” rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, açılış mərasimində Özbəkistan Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin direktoru Şuxrat Rizayev, Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Qazaxıstan Milli Kinoya Dövlət Dəstəyi Mərkəzinin sədr müavini Adilet Ömərov, Mərkəzi Asiya ölkələrindən gələn qonaqlar və media nümayəndələri iştirak ediblər.
Tədbirdə türk dövlətlərinin rejissorları arasında yaradıcı əlaqələrin yeni inkişaf səviyyəsinə çatdığı qeyd edilib. Vurğulanıb ki, müxtəlif beynəlxalq film festivalları və yaradıcılıq müsabiqələri, eləcə də birgə filmlərin yaradılması prosesi bu əməkdaşlığı daha da gücləndirir.
Çıxış edənlər bildiriblər ki, Mərkəzi Asiya və Azərbaycan Kinosu Günləri insanları incəsənət vasitəsilə bir araya gətirmək və təcrübə mübadiləsi aparmaq üçün mühüm platforma rolunu oynayır. Yaradıcı layihənin ilk günündə qısametrajlı filmlərin nümayişi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [16:01]
Əsrə bərabər 35 il
- 31.10.2026 [14:03]
“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert
- 31.10.2026 [13:00]
Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO
- 31.10.2026 [11:10]
Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub
Əsrə bərabər 35 il
- [16:01]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb
- 30.10.2026 [23:43]
Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir
- 30.10.2026 [23:00]
TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib
- 30.10.2026 [22:23]
Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib
- 30.10.2026 [21:42]
Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb
- 30.10.2026 [21:37]
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub
- 30.10.2026 [20:55]
Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb
- 30.10.2026 [20:50]
Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur
- 30.10.2026 [20:45]
Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub
- 30.10.2026 [20:37]