“Davam” Gənclər Hərəkatının nümayəndələri Gəncə terrorunun qurbanlarının xatirəsini yad ediblər
Bakı, 19 oktyabr, AZƏRTAC
“Davam” Gənclər Hərəkatının nümayəndələri Gəncə şəhərinə səfər ediblər.
Hərəkatdan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində təşkilatın baş katibi Nigar Aslanova, katibliyin əməkdaşları 200-dən çox gənclə birlikdə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin müharibə qanunlarını qəsdən pozaraq mülki əhalini hədəf alan raket hücumları nəticəsində darmadağın edilən ərazidə olub, terror qurbanlarının xatirəsini yad ediblər.
Səfər çərçivəsində Gəncə terroru nəticəsində hər iki valideynini itirən iki yaşlı Nilay ziyarət olunub.
Sonda “Davam” Gənclər Hərəkatının nümayəndələri Gəncədəki Şəhidlər xiyabanına gedərək şəhidlərimizin xatirəsini anıb, məzarları üzərinə tər qərənfillər düzüblər.