Azərbaycan Dövlət İnformasiya Agentliyi

Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat

Şərur rayonunun Muğancıq-Mehrab, Muğancıq-Müslüm və Məmmədsabir kəndlərində kompleks quruculuq işləri aparılıb

Şərur, 18 may, AZƏRTAC

Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışına hesablanıb. “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”,- deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf mərhələsinə qədəm qoyub. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu sahədə görülən işlər Şərur rayonunun da hərtərəfli inkişafına səbəb olub. Rayonun yaşayış məntəqələrində tikinti-quruculuq və abadlıq tədbirləri geniş vüsət alıb.

Muğancıq-Mehrab kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 18-də Muğancıq-Mehrab kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, 224 şagird yerlik iki mərtəbəli məktəbdə 16 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, hərbi kabinə, şahmat, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı yerləşir. Məktəbin kitabxana fondunda 905-i dərslik və 2760-ı bədii ədəbiyyat olmaqla, 3665 kitab vardır. Burada ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşələr yaradılıb.

Kompüter otağında şagirdlərin informasiya texnologiyalarının sirlərinə yiyələnmələri üçün bütün imkanlar yaradılıb, məktəbdə internetə çıxışı olan 18 kompüter və 3 elektron lövhə quraşdırılıb.

İdman zalında yaradılan şərait, eləcə də məktəbin həyətində açıq idman qurğularının istifadəyə verilməsi şagirdlərin fiziki tərbiyəsində mühüm rol oynayacaqdır. Hərbi kabinə isə dərslərin lazımi səviyyədə keçirilməsinə, gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin formalaşması və hərb sənətinə marağın artırılmasına imkan verəcəkdir.

Elektron lövhə sinfində “Muxtariyyətin 95 ili” filmi nümayiş olunub.

Sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşüb.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, təhsilin inkişafı, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Elektron təhsilin təşkili, interaktiv və nümunəvi dərslərin keçirilməsi muxtar respublika təhsilinin inkişafında mühüm rol oynayır. Bunun nəticəsidir ki, tədrisin dayanmasına baxmayaraq, şagirdlərin dərslərindən geri qalmaması, müəllimlər tərəfindən fənlər üzrə onlayn dərslərin tədrisi mümkün olub. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilən Fəaliyyət Proqramında bütün təhsil pillələri üzrə infrastrukturun müasirləşdirilməsi və yaradılan şəraitdən səmərəli istifadə, innovasiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı əsas prioritet sahə kimi müəyyənləşdirilib. Hazırda Şərur rayon Şəhriyar, Qarabürc, Babək rayon Nəcəfəlidizə, Ordubad şəhər 1 nömrəli və Nüsnüs, Culfa rayon Camaldın kənd tam orta məktəblərində, Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyəti üçün inzibati binada tikinti və yenidənqurma işləri aparılır. Rəhman Məmmədov göstərilən qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.

Muğancıq-Mehrab kənd tam orta məktəbinin müəllimi Türkanə Musayeva deyib: “Muxtar respublikamızda şagirdlərin təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Bu müəllimləri daha da ruhlandırır, səylə çalışmağa sövq edir. Kəndimiz müasirləşən kəndlər sırasına qoşulub, tamamilə yenidən qurulub. Aparılan quruculuq işlərinin nəticəsi kimi kollektivin istifadəsinə nümunəvi tədris şəraiti olan müasir məktəb binası verilir. Yaradılan şərait imkan verəcəkdir ki, şagirdlərimizin bilikli, vətənpərvər və milli dəyərlər ruhunda tərbiyə olunması istiqamətində səmərəli fəaliyyət göstərək. Ona görə də kollektivimiz adından minnətdarlığımızı bildirir və əmin edirik ki, gənc nəslin təlim-tərbiyəsində səylə çalışacağıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muğancıq-Mehrab kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir”, - fikrini xatırladaraq deyib: Ulu Öndərimiz bu vəzifələri əsas tutaraq tövsiyə edirdi ki, orta məktəbi bitirən hər bir gənc mütləq özünə peşə seçməli, peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsilini davam etdirməlidir. Ümumtəhsil məktəblərində yaradılan şərait gənclərə peşə seçmək və gələcəkdə o peşə üzrə təhsillərini davam etdirməyə imkan verir. Bu gün istifadəyə verilən və müasir maddi texniki bazaya malik olan Muğancıq-Mehrab kənd tam orta məktəbində də şagirdlərin hərtərəfli təhsil alması, eləcə də peşə seçməsi üçün lazımi şərait vardır. Məktəbdə elektron lövhələr, kompüter sinfi, laboratoriyalar, kitabxana, fənn kabinələri və digər zəruri tədris avadanlıqları kollektivin istifadəsinə verilir. Həmçinin məktəbdə bütün ixtisaslar üzrə müəllimlər fəaliyyət göstərir.

Ali Məclisin Sədri deyib: Son 5 ildə məktəbin məzunlarının 70 faizi, ötən tədris ilində isə məktəbi bitirən 3 məzunun hər biri ali məktəblərə qəbul olmuş, onlardan ikisi 500-700 arasında bal toplamışdır. Qazanılan nailiyyətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, məktəbin 1 müəllimi “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 müəllimi isə “İlin müəllimi” adına layiq görülmüşdür. Kollektiv bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməli, hər bir gənc hərtərəfli təhsil almalı, peşə öyrənməli, ailəsi və ölkəmiz üçün yararlı vətəndaşa çevrilməlidir. Müəllimlər təhsilli, vətənpərvər və peşə sahibi olan gənclərin yetişdirilməsinə diqqəti artırmalı, keçilən dərsləri şagirdlərə qavramaq yolu ilə öyrətməlidirlər. Dövlətimiz tərəfindən bu işlərin görülməsində məqsəd ondan ibarətdir ki, məktəbi bitirən hər bir gənc gələcəkdə ölkəmizin inkişafına öz töhfəsini vermiş olsun.

Ali Məclisin Sədri qarşıda qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.

Məktəbin həyətində bufet və fərdi qazanxana tikilib, geniş abadlıq işləri aparılıb, yaşıllıq salınıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.

Muğancıq-Mehrab Kənd mərkəzinin açılışı olub

Mayın 18-də Muğancıq-Mehrab Kənd Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, binada Muğancıq-Mehrab və Muğancıq-Müslüm kəndlərini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, klub, arxiv, kitabxana və 44 yerlik zal yerləşir. Kitabxana fondunda 3572 kitab vardır.

Rabitə evində poçt bölməsinin fəaliyyəti üçün bütün tədbirlər görülüb, eyni zamanda 192 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Kənddə 78 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 206 üzvü vardır ki, onların da 40-ı gənc, 57-si isə qadındır.

Kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Xəstəliklərə qarşı vaxtında dərmanların vurulması, dezinfeksiya işlərinin aparılması sağlam heyvandarlıq məhsullarının istehsalına imkan verir.

Ali Məclisin Sədri heyvandarlığın inkişafında süni mayalanmanın əhəmiyyətini qeyd edib, kənddə camışçılıq və qoyunçuluq təsərrüfatlarının genişləndirilməsi barədə tapşırıqlar verib. Mərkəzdə feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb. Məntəqəyə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, təcili yardım çantası, qlükometr, soyuducu və digər tibbi ləvazimatlar qoyulub.

Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolu yenidən qurulub

Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının göstəricisidir. Ona görə də Naxçıvan Muxtar Respublikasında avtomobil yolları yenidən qurulur, bütün kəndlərdə müasir yol şəbəkələri yaradılır.

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolunun açılışını edib.

Bildirilib ki, 3270 metr uzunluğundakı avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Eyni zamanda 5200 metr uzunluğundakı kənddaxili yollar təmir olunub. Tikinti işləri aparılarkən yolun üzərində 147 su keçidi qoyulub, 2716 metr beton kanal çəkilib.

Xidmət mərkəzi sakinlərin rahatlığının təminatıdır

Mayın 18-də Muğancıq-Mehrab kəndində xidmət mərkəzinin də açılışı olub.

Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə məlumat verilib ki, 6 nəfərin işlə təmin olunduğu mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir.

Ali Məclisin Sədri xidmət mərkəzində yerli istehsal və ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıqlar verib.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Muğancıq-Mehrab və Muğancıq-Müslüm kəndlərində aparılan abadlıq işləri əlamətdar hadisədir. Bu kəndlərdə 1830-dan artıq əhali yaşayır. Kənddə uşaqların yaxşı təhsil alması üçün müasir məktəb, dövlət qurumlarının fəaliyyət göstərəcəyi kənd mərkəzi, əhalinin gündəlik mallara olan tələbatının ödənilməsi üçün xidmət mərkəzi istifadəyə verilmişdir. Eyni zamanda qaz, elektrik və rabitə sistemi də yenidən qurulmuşdur. Kəndlərdə əsasən arıçılıq, maldarlıq və tərəvəzçilik inkişaf edib. Yaradılan şərait imkan verir ki, kənd əhalisi bol məhsul istehsal edərək bazara çıxarsın, o cümlədən dövlətin qəbul məntəqələrinə təhvil versinlər. Həmçinin kənddə yeni evlər tikilir, insanların yaşayış şəraiti yaxşılaşdırılır. Bütün bunlar da ölkəmizin bu kəndlərin timsalında ümumi inkişafının göstəricisidir. Bu gün təkcə şəhər və rayon mərkəzləri deyil, kəndlərimiz də abadlaşır, inkişaf edir. Kənd və şəhər arasındakı fərq ortadan qaldırılır, məktəblər müasir tələblər səviyyəsində qurulur. Ötən il Muğancıq-Mehrab kənd tam orta məktəbinin 3 məzunu olub və onların hər biri ali məktəblərə qəbul olunub, ikisi yüksək nəticə göstərib. Kəndin əsas inkişaf göstəricilərindən biri də məktəblə valideynlər arasında olan əlaqədir. Çünki təhsil sahəsində uğura yalnız məktəb kollektivinin və ailənin birgə tələbkarlığı, eləcə də şagird çalışqanlığı nəticəsində nail olmaq mümkündür.

Ali Məclisin Sədri deyib: Yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunmalı, tikilənlər qorunmalı, torpaqlar əkilməli, maldarlıq, heyvandarlıq, quşçuluq, arıçılıq inkişaf etdirilməlidir. Təsərrüfatların inkişafı üçün dövlətimiz tərəfindən lazımi dəstək göstərilir, kreditlər verilir. Sakinlər bu imkanlardan səmərəli istifadə etməli, təsərrüfatlarını inkişaf etdirərək yaşayışlarını daha da yaxşılaşdırmalıdırlar. Muxtar respublika uzun illərdir blokada vəziyyətində yaşayır. Lakin dünyada pandemiya olmasına baxmayaraq muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər problemlərin yaranmasına imkan vermədi. Bu gün əhali rahat yaşayır, təsərrüfatlar inkişaf etdirilir. Gözlənilməz hadisələrin qarşısının vaxtında alınması və onlara hazır olmaq üçün bundan sonra da bütün imkanlarımız səfərbər edilməli, hər bir sakin ölkəmizin inkişafına töhfə verilməlidir.

Ali Məclisin Sədri bir daha aparılan quruculuq işləri münasibətlə sakinləri təbrik edib, qarşıya qoyulan vəzifələrin icrasında onlara uğurlar arzulayıb.

Kənd sakini Feyzulla Abbasov deyib: “Dünya böyük bir problemlə qarşılaşmasına baxmayaraq, ölkəmizdə və muxtar respublikada quruculuq işləri öz axarı ilə davam edir. Bu gün bizim də kəndimizdə müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yeni çəkilmiş yolun istifadəyə verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanır. Kəndimizdə Sovetlər Birliyi dövründə oxuduğumuz ali məktəblərdən daha üstün orta məktəb inşa edilib. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və arıçılıqdı. Günnüt yaylasının düşmən tapdağından azad olunması arıçılar üçün geniş imkanlar açıb. Bizə göstərilən qayğı, kəndimizdə görülən işlər saymaqla bitməz. Bir sözlə kəndimiz şəhər görkəmi alıb. Bütün bunlara görə minnətdarlıq edirik”.

***

Muğancıq-Mehrab və Muğancıq-Müslüm kəndlərində rabitə, elektrik, qaz və su xətləri də yenilənib, 760 metr fiber-optik, 1940 metr yeraltı və 4990 metr hava rabitə xətləri çəkilib, 2200 metr elektrik xətti və 2 transformator təmir olunub. Həmçinin kəndlərdə yeni tikililərə 570 metr qaz xətti çəkilib və mövcud 2723 metr qaz xəttində təmir işləri aparılıb.

Məmmədsabirdə yeni kənd mərkəzi inşa olunub

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kənd mərkəzinin açılışını edib.

Bildirilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, arxiv, zal və statistika işçisi üçün otaqlar var.

Kənd kitabxanasında 3137 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası Məmmədsabir kənd ərazi ilk təşkilatının 123 üzvü vardır. Onlardan 34-ü gənclər, 39-u isə qadınlardır. Binada 50 yerlik iclas zalının istifadəyə verilməsi mədəni-kütləvi və maarifləndirici tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

Rabitə evində poçt bölməsi fəaliyyətə başlayıb. Burada 256 nömrə tutumlu yeni nəsil ATS qurulub, genişzolaqlı və sürətli internetə çıxış imkanı yaradılıb. Hazırda kənddə 120 internet istifadəçisi vardır.

Bina istilik sistemi ilə təchiz olunub, həyətdə abadlıq işləri aparılıb.

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib

Sakinlərin sağlamlığının etibarlı təminatı qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, kənd yaşayış məntəqələrində tibb müəssisələri tikilərək istifadəyə verilir.

Mayın 18-də Məmmədsabir kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Həkim ambulatoriyasında 8 otaq - baş həkim, stomatoloq, palata doğuş, peyvənd, aptek, qeydiyyat və manipulyasiya otaqları vardır. Tibb ocağı ən müasir müayinə və müalicə avadanlıqları, stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar, elektroterapiya və ultrasəslə müalicə, ultrayüksək tezlikli cərəyanla müalicə aparatları, parafin əritmə qazanı və solyuks lampası ilə təmin olunub.

Ali Məclisin Sədri səhiyyə maarifinin əhəmiyyətini vurğulayıb, peyvəndlərin vaxtlı-vaxtında vurulması və hamilə qadınlara patronaj xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib.

Xidmət mərkəzində 4 kənd sakini işlə təmin olunub

Muxtar respublikamızın kənd yaşayış məntəqələrində müasir xidmət obyektlərinin tikintisi mühüm əhəmiyyət daşıyır.

Həmin gün Məmmədsabir kəndində xidmət mərkəzi istifadəyə verilib.

Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar fəaliyyət göstərir. Mərkəzdə 4 sakin işlə təmin olunub. İşlə təmin olunanlar minnətdarlıq ediblər.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kəndində aparılan quruculuq işləri münasibətlə sakinləri təbrik edərək deyib: Bu gündən etibarən Məmmədsabir kəndi muxtar respublikanın abad kəndləri sırasına qoşulur. Kənddə yol, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi və rabitə sistemi müasir səviyyədə qurularaq sakinlərin istifadəsinə verilir. Münbit torpaqlara malik olan kənd muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Eyni zamanda sakinlər öz ailə büdcələrini yaxşılaşdırırlar. Dövlət bu tədbirləri ona görə görür ki, kəndlərimizdə məskunlaşma artsın, torpaqlardan səmərəli istifadə olunsun. Məmmədsabir kəndində aparılan geniş quruculuq işləri bunu bir daha təsdiq edir. Ona görə də sakinlər yaradılan şəraitdən istifadə edərək təsərrüfatlarını genişləndirməli, pay torpaqları ilə yanaşı, bələdiyyə mülkiyyətində olan torpaqlar da icarəyə götürülüb əkilməlidir. Çünki dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, kənddə yaşayan insanlar rahat yaşasın, torpaqlardan səmərəli istifadə olunsun və ölkəmiz inkişaf etsin.

Məmmədsabir kənd sakinləri adından minnətdarlıq edən Əhməd Əliyev deyib: “Bu gün kəndimizdə yeni həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri insanların istifadəsinə verilir. Bu tikililər kəndimizin simasını tamamilə dəyişib. Kənddəki elektrik xətləri yenilənib, qaz xətlərində təmir-bərpa işləri aparılıb, yola asfalt örtük salınıb. Artıq kənddə əhalinin böyük əksəriyyəti internetdən istifadə edir. Kəndimizin su arxı yenidən qurulub. Bu da əkin sahələrinin suvarılması üçün çox böyük köməklikdir. Bunların hamısı biz sakinlərin rahat və firavan yaşayışı üçündür. Məmmədsabir kəndinin insanları çox zəhmətkeş, torpağa bağlıdırlar. Bundan sonra da torpaqlarımızı əkib-becərək, qurulub-yaradılanları göz bəbəyimiz kimi qoruyacağıq”.

***

Məmmədsabir kəndində rabitə, elektrik, qaz və su xətləri yenilənib, 1100 metr fiber-optik, 7691 metr rabitə xətti çəkilib. Eyni zamanda kənddə 450 metr hava elektrik xətti çəkilib, 1 transformator yarımstansiyasında və 6985 metr qaz xəttində təmir işləri aparılıb, 3200 metr kənddaxili arxlar təmizlənib, içməli və suvarma su təminatı yaxşılaşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub