Daxili İşlər Nazirliyi Gürcüstanın müvafiq qurumuna rəsmi sorğu ilə müraciət etmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Qadın Krizis Mərkəzi adlı qeyri-hökumət təşkilatının rəhbəri Mətanət Əzizova bir sıra kütləvi informasiya vasitələrinə azyaşlı azərbaycanlı qızların Gürcüstanın turizm məkanlarında seks ticarətinin qurbanları arasında statistik rəqəmlərə görə birinci yerdə olması, bir neçə gün öncə qonşu ölkənin hüquq mühafizə orqanları tərəfindən həmin otel və kazinolarda aparılmış reydlər zamanı xeyli sayda azyaşlının saxlanılması və bundan narahat olan yüzlərlə yüngül əxlaqlı azərbaycanlı qadınların tez-tələsik Türkiyə ərazisinə keçmələrinə dair müsahibə və açıqlamalar vermişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə nazirlik qonşu ölkənin müvafiq qurumuna rəsmi sorğu ilə müraciət etmişdir.
Noyabrın 19-da Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentindən daxil olmuş rəsmi cavabda bildirilir ki, 2012-ci il yanvarın 1-dən bu günədək Gürcüstan Cinayət Məcəlləsinin qanunsuz miqrasiya və insan alverini nəzərdə tutan maddəsi üzrə Azərbaycan vətəndaşlarının iştirakı ilə heç bir cinayət faktı aşkar edilməmişdir.
Daxili İşlər Nazirliyi belə həssas mövzulara müraciət edən bütün kütləvi informasiya vasitələrini və qeyri-hökumət təşkilatlarını diqqətli olmağa, səhihliyi şübhə doğuran yoxlanılmamış, qeyri-obyektiv informasiyaları yaymamağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]