Dekabr ayında Belarus və Rusiya inteqrasiya üzrə sənədlər imzalayacaq
Minsk, 5 sentyabr, AZƏRTAC
İnteqrasiya üzrə proqram sənədləri Rusiya və Belarus prezidentləri tərəfindən dekabrda imzalanacaq.
AZƏRTAC Belarus KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat naziri Dmitri Krutoy bəyan edib. O deyib ki, mübahisəli məsələlərin qalmasına baxmayaraq, sənədlər dekabrın 8-dək imzalanacaq.
Cari ilin fevralında Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunu üzrə bəyan etmişdi ki, onun dövlətinin suverenliklə bağlı problemi yoxdur. Belarus Prezidenti vurğulayıb ki, onun ölkəsinin və Rusiya Federasiyasının birləşmə yolu ilə irəliləməsi bu ölkələrin xalqlarının buna nə dərəcədə hazır olmasından asılıdır.
Rüstəm Məmmədov
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]