Deku: Azərbaycanlı azarkeşlər tərəfindən yüksək qonaqpərvərliklə qarşılandım
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycanlı azarkeşlər tərəfindən yüksək qonaqpərvərliklə qarşılandım. Bakıdakı ab-hava və burada gördüklərim məni çox sevindirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın hesabat konfransında iştirak edən futbol üzrə Portuqaliya millisinin sabiq üzvü Anderson Luis de Souza (Deku) jurnalistlərə müsahibəsində deyib.
Ölkəmizə ikinci dəfə səfər etdiyini vurğulayan veteran futbolçu bildirib: “Mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa baxmaq üçün yenidən ölkənizə gələcəyəm. İlk səfərim zamanı ölkənizə futbolçu kimi gəlmişdim. Həmin vaxt Bakı ilə tanış olmaq imkanım yox idi. Budəfəki səfərim isə tamamilə fərqlidir”.
Deku final oyunu ilə bağlı təxminlərinə dair suala cavabında qeyd edib: “Final oyununda güclü komandaların mübarizə aparacağına inanıram. Ümid edirəm ki, final cütlüklərindən biri “Çelsi” klubu olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]