DƏMİR YOL VAĞZALI TƏMİR EDİLİR
Biləcəri 2 nömrəli dəmir yol tikinti mərkəzinin kollektivi Ağstafa dəmir yol vağzalında əsaslı təmir və yenidənqurma işləri aparır.
Tikinti müəssisəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, vağzalın dam örtüyü tamamilə təzələnib. Bundan əlavə, vağzalətrafı park tamamilə yenidən qurulacaq, burada bəzək ağacları və gül-çiçək əkiləcəkdir. Dəmiryolçular klubu da əsaslı təmir olunacaqdır.