Dendrologiya İnstitutu beynəlxalq konfransa hazırlaşır
Bakı, 1 mart, AZƏRTAC
Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İnstitutun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda institutun şöbə və laboratoriyalarında yerinə yetirilən elmi-tədqiqat işlərinin müzakirəsi aparılıb.
Elmi şurada martın 16-da təşkil olunacaq sərgiyə hazırlıq, mayın 23-də Qazaxıstanda Dendrologiya İnstitutu, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti və Rusiya Federasiyasının Surqut Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Riyaziyyat və təbiət elmləri problemləri” mövzusunda keçiriləcək XI beynəlxalq elmi-praktik konfransa hazırlıq məsələləri müzakirə olunub. Həmçinin “Heydər Əliyev İli”nə həsr olunmuş “Gəncliyimiz gələcəyimizdir” adlı musiqili ədəbi-bədii kompozisiyalı foto və əl işlərindən ibarət müsabiqənin keçirilməsi məsələsi də müzakirə edilib.
İclasda 8 laboratoriya və 7 şöbənin elmi və elmi-pedaqoji fəaliyyəti barədə də məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]