Dendrologiya İnstitutunda “Erasmus +” proqramı ilə bağlı seminar təşkil olunub
Bakı, 6 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Xəlilov “Erasmus +” proqramı universitet və elmi-tədqiqat institutları əməkdaşlarına nə vəd edir?” mövzusunda seminar təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, o, seminar iştirakçılarına “Erasmus+” proqramının imkanlarından danışıb. Bildirib ki, Avropa İttifaqının “Erasmus+” proqramı 1987-ci ildə yaradılıb və büdcəsi 30 milyard avrodur. Proqram çərçivəsində həm tələbə-müəllim mübadiləsinə, həm də layihələrdə fəal iştiraka xüsusi önəm verilir. Azərbaycan vətəndaşları da bu proqramdan yararlanmaq imkanı əldə ediblər.
R.Xəlilov universitet və elmi-tədqiqat institutları əməkdaşlarının bu proqramda iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb. O, institut əməkdaşlarını “Erasmus +” proqramında yeni layihələrlə iştirak etməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [13:00]
Lisey və gimnaziyalara qəbul üçün qeydiyyat müddəti uzadılıb
- 19.06.2026 [11:27]
Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr
- 19.06.2026 [10:36]