Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycan dövləti regionda və dünyada sülhün bərqərar olmasına töhfə verməyə hazırdır

Deputat: Azərbaycan dövləti regionda və dünyada sülhün bərqərar olmasına töhfə verməyə hazırdır

Bakı, 23 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin müharibəni 44 gündən sonra dayandırmağa qərar verməsinin əsas səbəbi Ermənistanın kapitulyasiya sənədinə imza atması və Azərbaycan tərəfindən təqdim olunan bütün şərtləri qəbul etdiyini bildirməsi oldu. 2020-ci il noyabrın 10-da Rusiya və Azərbaycan prezidentləri, Ermənistanın baş naziri arasında imzalarla təsdiqlənən bu sənəddə Azərbaycanın milli maraqları tam əks olunur. Bu imzalanma mərasimində Rusiya sənəddəki bütün şərtlərin icrasına cavabdeh olacağını bəyan etdi. Ona görə də döyüş əməliyyatları dayandırıldı və Rusiya sülhməramlılarının gəlməsinə razılıq verildi. Bəyanatın doqquz bəndinin icrası göstərilmiş müddətlərdə yerinə yetirilməli idi. Bəyanatı imzalamaqla müharibənin sona çatdığını bəyan edən Azərbaycan digər məsələlərin də masa üzərində həll olunmasına razılaşdı. Çünki dünya praktikasında da bütün müharibələr son məqamda masada imzalanan sənədlərlə yekunlaşır.

Bu fikirləri Azərbaycanın xarici siyasəti ilə bağlı bəzi məqamları AZƏRTAC-a şərh edən Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat qeyd edib ki, Azərbaycan heç vaxt müharibə istəməyib və keçmiş münaqişənin danışıqlar yolu ilə həll olunmasını dəstəkləyib. Amma ölkəmiz lazım gələn anda döyüş əməliyyatlarına başladı. Beynəlxalq ictimaiyyətin 30 ildə dövlətimizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı qərarlar qəbul etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə edə bilmədiyi bir məsələni Azərbaycan Ordusu 44 gündə həll etdi. Bu gün də Azərbaycanın iqtisadi, hərbi gücü və insanların Vətənə bağlılığı 10 noyabr Bəyanatının bütün bəndlərini öz gücü ilə qısa zaman kəsiyində icra etməyə imkan verir. Amma ölkəmiz yenə də məsələlərə səbirlə yanaşır və üçtərəfli bəyanatların imzalanmasına təşəbbüs göstərən tərəflərin səylərini gözləyir. Müharibənin başa çatdığı bir il səkkiz ay ərzində altı üçtərəfli bəyanat imzalanıb. Lakin hansısa aşkar irəliləyişin olduğu haqqında danışmaq çətindir.

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın təqdim etdiyi 5 baza prinsipini qəbul etdiyini və sülh müqaviləsinin imzalanması üçün prosedurların icra edilməsinə razı olduğunu bildirsə də, reallıqda prosesi ancaq uzatmaqla məşğuldur. Müşahidələrimiz onu göstərir ki, üçtərəfli görüşlərdən sonra yenə susqunluq yaranır, hətta Ermənistan son vaxtlar “dil açaraq” yenidən statusdan danışır və ATƏT-in Minsk qrupunun iştirakını səsləndirir. 2020-ci il noyabrın 10-da N.Paşinyan başını əyərək kapitulyasiya aktını imzalayanda statusun adını bir daha çəkməyəcəyinə söz vermişdi. İndi isə müharibənin bitdiyi müddət uzandıqca Ermənistanın baş naziri yenidən dil açmağa başlayıb. Bu onu göstərir ki, ermənilər “dəmir yumruğ”un ağrısını yaddan çıxarmağa başlayıblar. Bu müddət ərzində müşahidə etdiyimiz yeganə irəliləyiş Baş nazirlərin birinci müavinlərin rəhbərliyi altında işçi qrupların və XİN rəhbərlərinin görüşləri olub. Azərbaycan sülh müqaviləsinin hazırlanması üçün işçi qrupu yaratmasına baxmayaraq, Ermənistan hələ də bu istiqamətdə hər hansı ciddi addım atmayıb. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri hələ də danışıqların predmeti olaraq qalır. 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın 4, 7 və 9-cu bəndləri hələ də icra olunmayıb və Ermənistandan bu bəndlərin icrası ilə bağlı heç bir hərəkət yoxdur”, - deyə A.Badamov əlavə edib.

Bəyanatın 4-cü bəndində Rusiya sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması ilə paralel şəkildə yerləşdirildiyinin bildirildiyini xatırladan deputat deyib ki, sülhməramlı kontingentin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini tərəflərdən hər hansı biri bəyan etməzsə, o, avtomatik olaraq növbəti 5 illik müddətə uzadılır. Lakin erməni hərbi birləşmələri bu gün də torpaqlarımızda qalmaqdadır. Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsləri iyunun ortalarına qədər erməni hərbçilərinin ölkəmizi tərk edəcəyini bildirsə də, hələlik heç bir dəyişiklik yoxdur.

Diqqəti Prezident İlham Əliyevin cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söylədiyi “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir” fikirlərinə yönəldə Azər Badamov bildirib: “Bu o deməkdir ki, Rusiya sülhməramlıları öhdəsinə götürdüyü vəzifələri icra etmir. Belə olan halda, Azərbaycan yenidən bütün məsuliyyəti öz üzərinə götürə bilər və əgər belə hal baş verərsə, o zaman nəticə Ermənistan üçün daha acınacaqlı olacaq.

Bəyanatın 7-ci bəndində məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Ofisinin nəzarəti altında geri qayıdacağı qeyd olunub. Müharibənin bitməsindən bir il səkkiz ay keçməsinə baxmayaraq, köçkünlərimizin Qarabağın ermənilər yaşadığı ərazilərə geri qayıtması ilə bağlı hər hansı beynəlxalq təşəbbüs müşahidə etmirik.

Bəyanatın 9-cu maddəsinə əsasən, Zəngəzur dəhlizi və kommunikasiyalar açılmalıdır. Azərbaycan kommunikasiyaların açılması ilə bağlı bütün öhdəlikləri icra edir. Həmçinin ermənilər Laçın dəhlizi vasitəsilə maneəsiz hərəkət edirlər. Dəmir yolunun 70 faizi yenidən tikilmiş, avtomobil magistralları da başa çatmaq üzrədir. Ermənistanın öz üzərinə götürdüyü öhdəlik olan Zəngəzur dəhlizindən keçəcək dəmir və avtomobil yollarının tikintisinin iqtisadi əsaslandırılması belə aparılmayıb. Eyni zamanda, azərbaycanlılar Naxçıvana maneəsiz gedə bilmirlər. Bu, onu göstərir ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni həll etmək istəmir. Həm də son vaxtlar status məsələsini səsləndirirlər ki, bunun da çox təhlükəli olduğunu anlamırlar. Əgər Ermənistan status məsələsini yenidən ortaya atarsa, biz də Qərbi Zəngəzurun statusunu tələb edəcəyik. Çünki 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan zorla qoparılaraq ermənilərə verilib. Bu gün müstəqil Azərbaycan dövləti heç bir razılıq olmadan qoparılaraq Ermənistana birləşdirilmiş Qərbi Zəngəzuru geri tələb edə bilər.

Son vaxtlar Ermənistanda ATƏT-in Minsk qrupunun adını da tez-tez çəkirlər. Əvvəla qeyd edək ki, Minsk qrupunun fəaliyyəti münaqişənin dondurulmasına xidmət edir və 28 ildə bu qrupun heç bir fəaliyyəti olmayıb. Ona görə də Azərbaycan müharibə edərək 44 gündə öz ərazilərini erməni işğalçılarından təmizləməyə məcbur oldu və Minsk qrupunu birdəfəlik pensiyaya göndərdi, onların görməli olduğu işi rəşadətli Ordumuz gördü. İndi Minsk qrupu üçün görüləcək heç bir iş yoxdur. Bundan sonra iki ölkə arasında münasibətlərin qurulması imzalanmış üçtərəfli bəyanatlarla və Azərbaycanın təqdim etdiyi 5 baza prinsipə uyğun tənzimlənəcək. Əks halda, yeni müharibə qaçılmazdır və müzəffər Ordumuz qısa zaman kəsiyində qalan məsələləri də yoluna qoymağa qadirdir”.

O əlavə edib ki, Ermənistan Minsk qrupunun həmsədr ölkələri arasında düşmənçiliyin yaşandığını anlamaq istəmir. Düşünmür ki, onların yenidən bir qrupda təmsilçiliyi mümkün deyil. Yaxşı olardı ki, bu qrupun həmsədr ölkələri öz aralarında münasibətlərini qaydasına qoysunlar. Əgər bunun üçün köməyə ehtiyac yaranarsa, Azərbaycan töhfə verməyə hər zaman hazırdır. Çünki Azərbaycan dövlətinin məqsədi regionda və dünyada sülhün bərqərar olmasına töhfə verməkdir. “Düşünürəm ki, Minsk qrupunun həmsədr ölkələri bu məsələ ilə bağlı Azərbaycana müraciət edəcəklər. Çünki ölkəmiz ərazi baxımından kiçik olmasına baxmayaraq, beynəlxalq səviyyədə sülhün, əmin-amanlığın, tolerantlığın, multikulturalizmin möhkəmlənməsinə, qlobal təhlükələrin aradan qaldırılmasına verdiyi töhfələrinə görə böyük nüfuz və hörmət qazanmış ölkəyə çevrilib”, - deyə deputat qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb