Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Prezident İlham Əliyev Ermənistandakı bütün revanşist qüvvələrə bir daha xəbərdarlıq etdi

Deputat: Prezident İlham Əliyev Ermənistandakı bütün revanşist qüvvələrə bir daha xəbərdarlıq etdi

Bakı, 4 oktyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Bərdə və Tərtər rayonlarına səfərləri əlamətdar bir günə təsadüf edirdi. Məhz oktyabrın 3-də Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsinin bir ili tamam oldu. Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi çox böyük strateji əhəmiyyətə malik idi. Düşmən bu istiqamətdə çoxlu sayda silah-texnika, canlı qüvvə cəmləşdirmişdi. Lakin rəşadətli Azərbaycan Ordusu qısa müddət ərzində Suqovuşanda düşmənə ağır zərbələr endirərək qəsəbəni və onunla eyni gündə Talış kəndini işğaldan azad etdi. Bu qəsəbənin işğaldan azad edilməsi ilə mühüm strateji əhəmiyyətli yollar nəzarətə götürüldü. Düşmənin bu istiqamətdə cəmləşdirdiyi qüvvə hərbi əməliyyatların gedişi müddətində tamamilə təcrid edildi. Suqovuşanın işğaldan azad edilməsi düşmən üçün eyni zamanda, çox böyük psixoloji sarsıntı oldu.

Düşmən işğal müddətində buradakı su anbarından istifadə edərək ekoloji terror törətməklə məşğul idi. Qəsəbə işğaldan azad edildikdən sonra Tərtər və digər rayonlara su verilməyə başlanıldı. Ümumilikdə, bu günə qədər suvarılmayan və ya az suvarılan 30 min hektar torpağa su verilib. Bütün bunlarla yanaşı, Şərqi Zəngəzur və Qarabağ zonalarında mövcud olan su ehtiyatlarının istifadəsi ilə bağlı konkret addımlar atılmaqdadır. Yeni su anbarlarının tikintisi istiqamətində ciddi işlər aparılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturun qurulmasının əsas prioritetlərdən biri olduğunu qeyd edən deputat diqqətə çatdırıb ki, Suqovuşan qəsəbəsində “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidən qurulması çox böyük əhəmiyyətə malikdir. Hərbi əməliyyatlar zamanı erməni qəsbkarları bu elektrik stansiyalarına da ciddi ziyan vurmuşdular. Yenidən qurularaq istifadəyə verilən “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları işğaldan azad edilən ərazilərin, xüsusilə də Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.

“Hərbi əməliyyatlar bitər-bitməz yenidənqurma və bərpa işlərinə başlayanda ilk olaraq avtomobil yollarının çəkilməsinə start verildi. Təbii ki, işğaldan azad edilmiş ərazilərdə həyatın bərqərar olması üçün ilk növbədə, yol infrastrukturunun qurulması çox böyük əhəmiyyətə malikdir. Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışı, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlinin qoyulması da məhz bu istiqamətdə görülən mühüm işlərdəndir.

Otuz il ərzində erməni vandalizmi sərhəd tanımayıb. Ermənilər Azərbaycan xalqına məxsus tarixi, mədəni, dini abidələri dağıtmaqla və saxtalaşdırmaqla məşğul olublar. İslam dininə məxsus dini abidələr, eyni zamanda təhqir edilmiş, heyvan tövlələri kimi istifadə edilib. Prezident İlham Əliyevin səfəri zamanı Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində olması erməni vandalizminə diqqət çəkilməsi deməkdir. Çox təəssüflər olsun ki, dünya ölkələri, müvafiq beynəlxalq təşkilatlar ermənilərin bu vandalizm aktları haqqında susqunluq nümayiş etdirir, bununla bağlı Ermənistana qarşı heç bir təsir göstərilmir”, - deyə C.Osmanov qeyd edib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar dövründə də müharibə cinayətlərindən qalmayan Ermənistan hərb zonasından kilometrlərlə uzaqda yerləşən şəhər və kəndlərimizi qadağan edilmiş silahlar, ballistik raketlərlə atəşə tutur, dinc sakinlərimizi qətlə yetirir, mövcud infrastruktura ciddi ziyan vururdu. Aktiv hərbi əməliyyatlar dövründə Gəncə, Bərdə, Tərtər, Goranboy və digər rayonlarımız erməni terrorundan ciddi əziyyət çəkdi: “Hərbi əməliyyatlar bitdikdən dərhal sonra bu rayonlarda infrastruktura dəymiş zərərin aradan qaldırılması üçün fəal işlərə başlanılıb, vətəndaşların dağıdılmış yaşayış və qeyri-yaşayış obyektləri dövlətimiz tərəfindən bərpa edilərək onların istifadəsinə verilib. Bütün bu proseslər Prezident İlham Əliyevin şəxsi nəzarətində olmuş, işlər yüksək keyfiyyət və sürətlə həyata keçirilib. Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxması və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olması deyilənlərə əyani sübutdur.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında diqqət çəkən məqamlardan biri Xocalı qatili, əli azərbaycanlıların qanına batmış, qorxaq, xain Serj Sarkisyan haqqında söylədiyi fikirlərdir. Ermənistanın keçmiş prezidenti cinayətkar Serj Sarkisyana edilən sərt xəbərdarlıq, həm də Ermənistanda bütün revanşist qüvvə və şəxslərə edilən xəbərdarlıqdır”, - deyə C.Osmanov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi Bank Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini yaradır

Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

Sabah Abşeron çimərliklərində suyun temperaturu 26 dərəcəyədək isti olacaq

Nicat Dadaşov: Peşəkar qiymətləndirmə və sağlam rəqabət milli kinonun inkişafına təkan verir

“Səbail” yeni futbolçu transfer edib

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Murtəza Həsənov: Azərbaycanın sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

DİM rezidenturaya qəbulun nəticələrini açıqlayıb

Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar

“Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb

“Ulduz” jurnalının iyul-avqust nömrəsində...

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Özbəkistan MTRŞ əməkdaşlar üçün süni intellekt imkanlarını genişləndirir

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

® Hər böyümüş limfa düyünü təhlükəlidirmi?

Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir

® “Mən sadəcə işimi görürəm”: PR mütəxəssislər niyə çox vaxt görünməz qalırlar?

Bal ayına gedən britaniyalı cütlük Yunanıstanda helikopter qəzasında həlak olub

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər – ŞƏRH

“Borussiya Dortmund” niderlandlı futbolçunu heyətinə qatıb

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur - ŞƏRH

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

Ekspert: Türkiyə Naxçıvan üçün Avropaya çıxışdır

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

İngiltərədə əlilliyi olan şəxslər üçün avtobuslarda 24 saat pulsuz gediş tətbiq ediləcək

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb

Nazirlik: Yarım ildə dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd gözlənilib

İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Azərbaycan manatının yeni siması: nüfuzlu jurnal nə yazır?

Xocavənd sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndirilib

31-ci AFS Gənclər Assambleyası başa çatıb

“Nyukasl” “Benfika”nın futbolçusunu 35 milyon avroya transfer edib

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 28 mindən çox şəxs qəbul edilib

Təranə Tağıyeva: Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir

Sabahın hava proqnozu açıqlanıb

“Sabah” basketbol klubu yeni mövsümə Litvada hazırlaşacaq

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

Avropa Kuboku: Azərbaycan klubunun APOEL-lə oyunlarının məkanı bəlli olub

Orta illik inflyasiya 5,7 faiz səviyyəsində qərarlaşıb

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

Cahongir Abduraxmonov: Azərbaycan və Özbəkistan birgə media və kino layihələri icra edir

Naxçıvanda 518 mənzilli sosial evlər kompleksi: regionun inkişafında yeni şəhərsalma modeli VİDEO

Naxçıvanda 518 mənzilli sosial evlər kompleksi: regionun inkişafında yeni şəhərsalma modeli VİDEO

FHN: Qeyri-çimərlik ərazilərdə suda batan 53 nəfərin meyiti tapılıb, 73 nəfər xilas edilib

Xaricdə təhsil: universitet və ixtisas seçərkən hansı meyarlara diqqət edilməlidir?

Hörmüz böhranının Azərbaycanın neft ixracına təsiri

Erlinq Holann Premyer Liqanın ən yaxşı oyunçuları reytinqinə başçılıq edir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dördüncü ixtisas qrupu üzrə 10 mindən çox abituriyent müsabiqədə iştirak hüququ əldə edib

Bu saata olan əsas xəbərlər

Mətbuat Şurası Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhdidləri pisləyib

FHN-dən silsilə maarifləndirmə tədbirləri: paytaxt və rayonlar əhatə olunub

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib

İyulda 185 mindən çox şəxs ailə başçısını itirməyə görə pensiya və müavinət alıb

DSMF 7 ayda müavinət və təqaüdlərə 1,3 milyard manatdan çox vəsait ayırıb

Sərhədçinin bir günü - FOTOLAR VİDEO

Sərhədçinin bir günü - FOTOLAR VİDEO

Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ

Gürcüstan polisi terrorçuluğu dəstəkləyən xarici ölkə vətəndaşını saxlayıb

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim edib

Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək

Səlbirin tarixinə işıq salan ekspedisiya - 32 metrlik müdafiə divarı aşkar edilib VİDEO

Səlbirin tarixinə işıq salan ekspedisiya - 32 metrlik müdafiə divarı aşkar edilib VİDEO

Qəbələ və Oğuz sakinlərinin müraciətləri dinləniləcək

Rusiya Britaniyanı hədələyib

Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar VİDEO

Dördüncü ixtisas qrupu üzrə 5048 plan yeri ayrılıb

“Qarabağ”ın futbolçusu: Zubirin gedişi bizim üçün böyük itkidir - MÜSAHİBƏ

Moskva vilayətində 150-dən çox PUA vurulub, üç nəfər xəsarət alıb

AZƏRTAC “Astana Finance Days 2026” forumunun media tərəfdaşı kimi çıxış edəcək

DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Neft qiymətləri iyulun sonundan bəri ən yüksək səviyyəyə çatıb

Gürcüstanlı hücumçu: “Qarabağ”a qol vurmaq bizim üçün yaxşı motivasiya oldu

Bu il III qrupda neçə nəfər 500-600 arası bal toplayıb? – Rəqəmlər

Qarabağın təbii sərvətləri: 2 mindən çox yaşı olan ağaclar vaxtilə təbiət abidəsi kimi qorunurdu

Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Çempionlar Liqası: “Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq

“Bavariya” Harri Keynlə müqaviləni yeniləmək üçün danışıqlar aparır

Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi göstərilir

Misin qiyməti bu il 13 faizdən çox artıb

Avqustun 22-də rəqəmsal SAT imtahanı təşkil olunacaq

DİM: İndiyədək 70 mindən çox abituriyent ixtisas seçimi edib

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb VİDEO

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb VİDEO

Neft qiymətləri bahalaşır VİDEO

Neft qiymətləri bahalaşır VİDEO

Bölgələrdə yanğına səbəb olan üç nəfər məsuliyyətə cəlb olunub