Deputat: Qarabağda türk dövlətləri tərəfindən başlanmış ənənəni Türkmənistan uğurla davam etdirir
Bakı, 10 oktyabr, AZƏRTAC
Türkmənistanla münasibətlərimizin çox dərin tarixi var. Biz eyni laylanı eşitmişik, eyni qanı daşıyır və eyni qəhrəmanlarla qürur duyuruq. Bu gün qürur hissi ilə bildiririk ki, Azərbaycan və Türkmənistan arasında əlaqələr ən yüksək səviyyədədir. Füzulidə məscidin təməlinin qoyulması da bizim ortaq dini və mənəvi dəyərlərimizin bariz sübutudur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsi sədrinin müavini Günay Əfəndiyeva Füzuli şəhərində Türkmənistan tərəfindən tikiləcək məscidin təməlqoyma mərasimi ilə bağlı keçirilən brifinqdə söyləyib.
Deputat vurğulayıb ki, məsciddən səslənəcək azan bütün Qarabağda eşidiləcək və bölgədə birliyin rəmzinə çevriləcək. Qarabağda türk dövlətləri tərəfindən başlanmış ənənə Türkmənistan tərəfindən uğurla davam etdirilir.
O, Prezident İlham Əliyev ilə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov arasında son illərdə keçirilmiş çoxsaylı görüşlərin də əhəmiyyətindən danışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:07]
3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]