Deputat: Türkmənistan Füzulidə məscid tikməklə dünyaya güclü mesaj verir
Bakı, 10 oktyabr, AZƏRTAC
Uzun zamandır türk dövlətləri arasında həmrəyliyi gücləndirmək üçün ciddi səylər göstərilirdi. Bu məqsədə çatmaq heç də asan olmayıb. Aramıza nifaq toxumu səpənlər də olub. Lakin uğurlu dövlət siyasəti və strateji baxış əlaqələrimizin inkişafında mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı Füzuli şəhərində Türkmənistan tərəfindən tikiləcək məscidin təməlqoyma mərasimi ilə bağlı keçirilən brifinqdə söyləyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin “Bizim bir ailəmiz var və o da Türk dünyasıdır” deməsi böyük önəm daşıyır. Əlavə edib ki, Türkmənistan Qarabağın yenidən qurulması çərçivəsində Füzulidə məscidin təməl daşını qoymaqla dünyaya güclü mesaj verir.
Onun sözlərinə görə, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə Türkmənistanın yüksək səviyyədə iştirakı isə həmrəyliyin və birliyin möhkəmləndirilməsinə töhfə verdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:07]
3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]