DEPUTATLAR AFİNADA YOXSULLUĞUN ARADAN QALDIRILMASI MƏSƏLƏLƏRİ BARƏDƏ FİKİR MÜBADİLƏSİ APARACAQLAR
Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov Dünya Bankının təşəbbüsü ilə keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün martın 8-də Afinaya yola düşəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, konfransda Dünya Bankı sədrinin məruzəsi dinləniləcək, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişafın strategiyası və perspektivləri barədə deputatlar fikir mübadiləsi aparacaqlar.
Səfər martın 11-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]