DEPUTATLARIMIZ ATƏT-İN PARLAMENT ASSAMBLEYASININ NÖVBƏTİ SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün iyulun 3-dən 11-dək Hollandiyanın Rotterdam şəhərində səfərdə olacaqdır. Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin daimi komissiya sədrləri Səttar Səfərov, Eldar İbrahimov, deputatlardan Rəbiyyət Aslanova və Səyyad Salahlı daxildirlər. ATƏT PA-nın daimi və ümumi komitələrinin iclaslarında ATƏT-in müasir Avropada rolu, təhlükəsizliyin təmin edilməsi, terrorizmə, silahların, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu sahədə əməkdaşlıq və demokratiyanın inkişafı məsələləri müzakirə olunacaqdır. Deputatlarımız gündəliyə çıxarılacaq məsələlərə münasibətlərini bildirəcək, qeyd və təkliflərini verəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]