DİA tələbələri müsabiqədə qalib gəliblər
Bakı, 6 noyabr, AZƏRTAC
Beynəlxalq hüquqşünas tələbələr birliyi olan ELSA Azərbaycanın və Baş Prokurorluğun birgə təşkilatçılığı ilə ənənəvi “Şahid dindirmə” müsabiqəsinin 4-cü buraxılışı keçirilib. Müsabiqədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələri Fidan Paşayeva və Ləman Nadirova I yerə layiq görülüblər.
Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib. Bildirilib ki, hüquqşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsi Ceyran Yusiflinin iştirak etdiyi komanda isə II yerə layiq görülüb.
Müsabiqə iki nəfərdən ibarət müstəntiq qismində çıxış edən komandalarla şahid arasında həyata keçirilən dindirmə prosesinin simulyasiyasıdır. Bu simulyasiya cinayət işi üzrə həqiqətin üzə çıxarılması üçün əhəmiyyətli olan hallara dair məlumatların şahiddən alınması və cinayətin təsvirinin verilməsi məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]