Diabet xəstələri üçün “ağıllı” saat
Bakı, 9 mart, AZƏRTAC
“Apple” şirkətinin yeni təqdim etdiyi saatlar şəkərli diabet xəstəliyini erkən mərhələdə diaqnoz qoymağa imkan verəcək. Həkimlər hesab edirlər ki, yeni texnologiya xəstəliyin ilkin mərhələdə səmərəli müalicəsi üçün əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, şirkətin istehsal etdiyi “ağıllı” saatlar neyron şəbəkəsinin köməyi ilə diabet xəstəliyinə düzgün diaqnoz qoymağı “öyrənib”. ABŞ-ın Kaliforniya universitetinin alimlərinin apardığı yeni araşdırmaya görə, saat pasiyentlərdə diabet xəstəliyini 85 faiz dəqiqliklə müəyyənləşdirir. Mütəxəssislər saatın 14 min istehlakçısının nəticələrini araşdıraraq bildiriblər ki, qurğu 462 nəfərdə həmin xəstəliyi aşkar edib. Alimlər məlumatları yenidən yoxlayıblar və məlum olub ki, ”ağıllı” saat kifayət qədər dəqiq diaqnoz qoyur. Məlumata görə, “ağıllı qurğu” nəbzin ölçülməsi nəticələrini təhlil edən kardiodatçik və neyron şəbəkəsinin köməyi ilə diabet xəstəliyini müəyyən edə bilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]