İDMAN
Dieqo Simeone: “Qarabağ” müdafiədə çox yaxşı oynadı
![Dieqo Simeone: “Qarabağ” müdafiədə çox yaxşı oynadı](/files/2017/3/1200x630/15094933911780758561_1200x630.jpg)
Madrid, 1 noyabr, AZƏRTAC
Biz oyuna yaxşı başladıq. Lakin hücumlarda dəqiq oynaya bilmədik və ilk hissədə qol buraxdıq. Bundan sonra daha gərgin oynamağa başladıq. İkinci hissədə çox yaxşı oynadıq, hücumda çoxsaylı təhlükəli vəziyyətlər yaratdıq. Lakin “Qarabağ”ın qapıçısı və ümumiyyətlə, komanda əla oyun göstərərək çox yaxşı müdafiə olundu”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda Madriddə 1:1 hesabı ilə başa çatan “Atletiko”-“Qarabağ” oyunundan sonra ev sahibi komandanın baş məşqçisi Dieqo Simeone mətbuat konfransında deyib.
Son oyunlarda bəxtin komandasından üz döndərdiyini vurğulayan argentinalı mütəxəssis bütün məsuliyyəti öz üzərinə götürüb: “Biz həmişə eyni səviyyədə oynayırıq. Ola bilər ki, əvvəlki illərdə bu cür oyunlarda qalib gəlirdik. Oyunda qalib gələndə hamı sənin gücündən, uğurundan danışır. Qol vura bilməyəndə isə fikirlər fərqli olur”.
“Sizin ümidiniz “Atletiko”nun “Roma”dan və “Çelsi”dən xal almasına qalıb?” sualına cavabında D.Simeone bildirib: “Məqsədimiz “Roma”ya qalib gəlməkdir. Təki bəxtimiz də gətirsin”.
Mütəxəssis növbəti mərhələyə keçə bilməmək barədə düşünmədiyini deyib.
Yerli jurnalistin “Qarabağ”ın ispaniyalı futbolçusu Miçelin fikrincə, “Atletiko” artıq əvvəlki səviyyədə deyil” fikrinə cavabında baş məşqçi Miçelin fikrinə hörmətlə yanaşdığını bildirib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madri