DİM tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib
Bakı, 21 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcək.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi iyunun 30-da təşkil ediləcək.
Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-nə nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.
Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır və DİM-in saytında göstərilib. Qrafik DİM-in saytının “Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində lazım olan fəaliyyət istiqamətini və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə etmək mümkündür. İstifadəçi, həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına malikdir. Bundan əlavə, saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]