Direktor: Bakının COP29-da yaxşı nəticələr əldə etmək imkanı yüksəkdir
Bakı, 6 iyun, AZƏRTAC
İqlimin maliyyələşdirilməsi məsələsinə tamamilə fərqli şəkildə baxmalıyıq. Bir çox nüansı təhlil etməli və real imkanlara diqqət yetirməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29-un İqlim dəyişmələrinin maliyyələşdirilməsi üzrə direktoru Samir Süleymanov Bakı Enerji Forumunun ikinci günündə “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, qlobal sənayedə texnologiya xeyli inkişaf edib: “Bu, özəl sektor üçün daha maraqlı təkliflər irəli sürür. Onların bu sahəyə marağını artırmalıyıq. Yeni iqtisadiyyat üçün böyük şans var. Bakının COP29-da yaxşı nəticələr əldə etmək imkanı yüksəkdir”.