Donald Tramp Prezident İlham Əliyevin Xankəndidəki çıxışından bir hissəni paylaşıb VİDEO
Vaşinqton, 22 iyul, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin Xankəndidə Şuşa Qlobal Media Forumundakı çıxışından bir hissəni paylaşıb.
AZƏRTAC-ın məlumatına görə, Prezident İlham Əliyev çıxışının həmin hissəsində Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığı və buna görə də ABŞ-da onun seçilməsini istədiyini bildirib. O qeyd edib ki, Tramp yeganə ABŞ prezidentidir ki, müharibə başlatmayıb, əksinə müharibələri sonlandırmaq məqsədi güdür. Prezident İlham Əliyev daha böyük qlobal təhlükəsizlik məsələləri ilə məşğul olmasına baxmayaraq, Trampın Ermənistanla Azərbaycanın yekun saziş əldə etməsi istiqamətindəki şəxsən niyyətinə görə ona minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [16:31]
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
- 31.10.2026 [12:21]
Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
- 31.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 31 oktyabr
- 31.10.2026 [02:33]
Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub
- 30.10.2026 [22:23]
TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib
- 30.10.2026 [21:42]