Dörd ayda ölkədən 50,4 min ton azot gübrəsi göndərilib
Bakı, 14 may, AZƏRTAC
Yanvar-aprel aylarında ölkədən 50 min 438 ton azot gübrəsi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ixrac edilən azot gübrəsinin dəyəri isə 7 milyon 365 min ABŞ dolları olub.
Qeyd edək ki, ötən il yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR karbamid” zavodu istifadəyə verilib. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu (azot gübrəsi) istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollaradək əlavə gəlirin daxil olmasına imkan verəcək. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:56]
Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb
- 10.06.2026 [12:43]
Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb
- 10.06.2026 [12:37]
Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub
- 10.06.2026 [12:35]
Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq
- 10.06.2026 [12:32]
Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb
- 10.06.2026 [12:18]