Dörd gənc Kopenhagendə Türkiyə səfirliyinə hücum etməkdə təqsirli bilinib
Stokholm, 21 fevral, AZƏRTAC
Dörd gənc ötən ilin martında Kopenhagendə Türkiyə səfirliyinə Molotov kokteylləri ilə hücum etməkdə təqsirli bilinib.
AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, 2018-ci il martın 19-da içərisinə benzin doldurulmuş əldəqayırma bombalarla Türkiyə səfirliyinə hücuma görə dörd kişiyə Kopenhagen şəhər məhkəməsinin qərarı ilə iş kəsilib.
İttihamlar cinayətkarlar tutulandan dərhal sonra - ötən ilin noyabrında irəli sürülüb.
Məhkəmə hazırda 19, 22, 23 və 24 yaşlarında olan gəncləri cinayət törətməkdə təqsirli bilib. Onların üçü bir il doqquz ay müddətinə, dördüncüsü ilyarım müddətinə həbs cəzasına məhkum edilib.
Bundan əlavə, məhkəmənin qərarı ilə onların dördü də gələcəkdə Danimarkadan deportasiya ediləcək və onlara 12 il ərzində ölkəyə gəlmək qadağan olunacaq.
Yerli KİV-lər yazır ki, məhkəmə prosesində iştirak edən bir neçə nəfər hökm oxunanda ağlamağa başlayıb.
Xatırladaq ki, cinayətkarlar səfirliyin binasına yeddi Molotov kokteyli atıblar. Xoşbəxtlikdən Danimarka paytaxtından şimalda - Hellerup qəsəbəsində yerləşən səfirlikdə insident zamanı heç kim olmayıb. Yanğın dərhal söndürülüb, bayır tərəfdən binaya cüzi ziyan dəyib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]