Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər

Bakı, 6 mart (AZƏRTAC). Martın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

- Hörmətli cənab Prezident, əziz dost!

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Mən Sizi, hörmətli cənab Prezident, Azərbaycanda səmimiyyətlə salamlayıram. Bu gün Siz Azərbaycanda rəsmi səfərdəsiniz. Deyə bilərəm ki, səfər çox uğurlu keçir. Bu gün apardığımız danışıqlar bir daha onu göstərir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Sizin səfəriniz bu əlaqələrin inkişafına güclü təkan verəcəkdir. Əlaqələrimizin tarixi də çox zəngindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar və biz bu gözəl ənənələri bu gün də davan etdiririk. Çox şadam ki, iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan uğurla əməkdaşlıq edir.

Bizim tariximizdə çox oxşar məqamlar vardır. Müstəqilliyimizin tarixi də eynidir. İyirmi ildir ki, biz müstəqil dövlətlər kimi yaşayırıq və bu illər ərzində böyük uğurlara nail olmuşuq. Biz çox şadıq və sevinirik ki, Sizin rəhbərliyiniz altında Gürcüstan inamla inkişaf edir. Gürcüstanda aparılan islahatlar çox böyük qiymətə malikdir və Sizin rəhbərliyinizlə Gürcüstanın inkişafı artıq reallıqdır. Biz bir dost, qardaş kimi buna sevinirik və əminik ki, gələcəkdə də Gürcüstanın inkişafı çox uğurlu olacaq və ölkə qarşısında duran bütün vəzifələr Sizin rəhbərliyiniz altında öz həllini tapacaqdır. O ki qaldı ikitərəfli əlaqələrə, bu əlaqələr çox genişdir. Bu gün biz Sizinlə ikitərəfli məsələlərin demək olar ki, bütün aspektlərini müzakirə etdik. Bir daha gördük ki, aramızda heç bir problem yoxdur. Əksinə birgə təşəbbüslərimiz həm ölkələrimizi zənginləşdirir, həm ölkələrimizin imkanlarını artırır, eyni zamanda, başqa regionlara da öz müsbət təsirini göstərir.

Gürcüstan-Azərbaycan əlaqələri regional çərçivədən çıxıbdır və bu gün bizim birgə təşəbbüslərimiz artıq beynəlxalq əhəmiyyətə malikdir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər mütəmadi qaydada həyata keçirilir. Mən çox şadam ki, Azərbaycan şirkətləri Gürcüstana iqtisadi sahədə böyük həcmdə investisiyalar qoymağa başlamışlar. Bu investisiyaların böyük gələcəyi vardır və keçən ilin göstəriciləri də çox müsbətdir. Aramızda olan mal dövriyyəsi sürətlə artır və əminəm ki, bu il də artacaqdır.

Enerji məsələləri bu gün yenidən müzakirə edildi. Bu məsələlər artıq yoluna qoyulubdur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa neft-qaz kəmərləri bölgənin geosiyasi vəziyyətini köklü şəkildə dəyişmişdir. Bu gün bu layihələr həm ölkələrimizin inkişafına xidmət göstərir, eyni zamanda, enerji təhlükəsizliyi məsələlərinə də öz töhfəsini verir.

Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, biz birgə səylərlə Avropanın enerji təhlükəsizliyini daha da böyük həcmdə təmin edəcəyik - istər neft, istərsə də qaz sahəsində. Mən çox şadam ki, Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinə də öz töhfəsini vermişdir.

Bu gün müzakirə etdiyimiz məsələlər arasında nəqliyyat məsələləri də böyük yer tutdu. Bu gün bizim müvafiq qurumların rəhbərləri məruzə etmişlər. Tranzit məsələləri müzakirə edildi. Humanitar sahədə əməkdaşlıq çox yaxşı səviyyədədir. Bu əməkdaşlığın çox böyük tarixi vardır. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər humanitar sahədə və bütövlükdə bütün başqa sahələrdə gedən proseslərə müsbət təsir göstərirlər. Onların ölkələrimizdə rahat yaşaması əlbəttə ki, bizim vəzifəmizdir. Mən çox şadam ki, soydaşlarımızın istər Gürcüstanda, istərsə də Azərbaycanda problemləri uğurla həll edilir. Bu amil də, əlbəttə ki, daim ikitərəfli gündəliyin içindədir.

Bir sözlə, bizim aramızda dostluq, qardaşlıq münasibətləri reallıqdır. Bu, sadəcə olaraq sözlər deyil, bu, reallıqdır, bu, bugünkü günün tələbidir. Mən heç şübhə etmirəm ki, bundan sonra da uzun illər ərzində Gürcüstan və Azərbaycan iki dost və qardaş ölkələr kimi birlikdə olacaqlar. Bizim gələcəyimiz birlikdədir. Biz yalnız birlikdə istədiyimizə nail ola bilərik və ölkələr qarşısında duran vəzifələri yalnız birlikdə icra edə bilərik.

Eyni zamanda, mən beynəlxalq arenadakı fəaliyyətimiz haqqında bir-iki kəlmə söz demək istəyirəm. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Bu dəstək səmimidir, çox əhəmiyyətlidir. Bütün beynəlxalq təşkilatlarda bir-birimizin lehinə səslərimizin verilməsi Gürcüstan-Azərbaycan əlaqələrinin strateji əhəmiyyətini bir daha vurğulayır. Mən deyə bilərəm ki, bundan sonra da Azərbaycan bütün beynəlxalq təşkilatlarda Gürcüstanı dəstəkləyəcəkdir. Əminəm ki, eyni dəstəyi biz bundan sonra sizdən də görəcəyik.

Bir daha Sizi ölkəmizdə səmimiyyətlə salamlayıram. Siz bizim yaxın dostumuzsunuz. Bizi şəxsi dostluq əlaqələri bağlayır ki, bu da ikitərəfli əlaqələrə müsbət təsir göstərir.

Bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi ürəkdən salamlayıram. Sizə və bütün Gürcüstan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram. 

 

X X X

Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin bəyanatı

 

- Hörmətli cənab Prezident!

Azərbaycana səfər etmək hər zaman bizim üçün xoşdur. Bu, nəinki rəsmi səfərdir, əslində bizi böyük dərəcədə ilhamlandıran bir səfərdir. Bu, bizə çox müsbət enerji verir. Çünki məhz bu müsbət enerji əslində bu cür səfərlərdən irəli gəlir və ölkələrimiz arasında əməkdaşlığımızı qidalandırır. Eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan hər zaman çox yaxşı perspektivlərə malik bir ölkə olubdur.

Cənab Prezident, Sizin rəhbərliyinizlə bu gün Azərbaycan nəinki sürətlə inkişaf edən ölkədir, həmçinin regionun lideridir və həmçinin qlobal səviyyədə tanınan bir dövlətdir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarda öz maraqları əsasında fəaliyyət göstərir. Bu gün Azərbaycan artıq BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür.

Azərbaycan bütün məsələlərdə birmənalı olaraq müsbət rol oynayır. Biz istənilən məsələdə Azərbaycanın yardımını hiss edirik. Buna görə də ölkələrimizi birləşdirən münasibətlərin gücü məhz bundadır. Bu, əslində regiondakı sabitliyin və inkişafın təməl daşıdır. Bu, məhz Sizin fəaliyyətiniz, Sizin güclü iradəniz, Azərbaycan xalqının iradəsi əsasında baş verir. Siz həm daxildə, həm xaricdə əsl müstəqil ölkəsiniz. Siz regionda bir çox dövlətlər üçün nümunə ola bilərsiniz. Azərbaycan bizim üçün, həmçinin digərləri üçün yaxşı bir nümunədir. Əslində biz bunu adi bir hal kimi qəbul etməli deyilik. Biz, həmçinin regionda digər hadisələri də görmüşük və hesab edirik ki, məhz bu baxımdan Azərbaycan xüsusi bir istisnadır.

Azərbaycan münasibətlərə böyük əhəmiyyət verir. Biz hesab edirik ki, qarşımızda duran məsələlərin, bütün problemlərin həllinə nail olmuşuq və gözəçarpan nəticələr əldə etmişik.

Mən hər zaman qardaşım İlham Əliyevlə görüşməyə məmnunam. Biz bir çox məsələlər üzrə konkret əsaslarla məsləhətləşmələr aparırıq. Biz böyük miqyaslı dəmir yolu layihəsini həyata keçiririk. Azərbaycan bu layihə çərçivəsində 320 milyon ABŞ dolları məbləğində sərmayə yatıracaqdır. Bu, bizi Avropaya birləşdirən birgə marşrutumuz olacaqdır. Burada yüklərin, sərnişinlərin daşınması baş tutacaqdır. Hər il iki milyon insan məhz Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycandan gələcək, Gürcüstan ərazisindən keçib Türkiyəyə gedəcək və beləliklə, Avropaya çıxışı əldə edəcəkdir. Nəticədə, Gürcüstan Avropa ilə münasibətlərini daha da genişləndirəcək və Azərbaycan isə buna öz töhfəsini verəcəkdir. Bu baxımdan, münasibətlərimiz qarşımıza qoyduğumuz inkişaf məqsədlərinin mühüm amilidir.

Biz enerji sahəsində əməkdaşlıq aparırıq. Əslində bu əməkdaşlıq çoxşaxəlidir. Bu əməkdaşlıq artıq göz qarşısındadır. Gürcüstan da sürətlə inkişaf edir. Bu inkişafın əsas səbəbi məhz qardaş Azərbaycanın yardımıdır. Bu inkişaf Azərbaycandan əldə etdiyimiz yardım sayəsində baş verir. Yəni ki, Azərbaycanın müstəqilliyi həm də Gürcüstanın müstəqil olması deməkdir. Biz elektrik enerjisi şirkəti yaratmaq fikrindəyik. Bu şirkət elektrik enerjisini üçüncü ölkələrə ixrac edəcəkdir. Bu da nəticə etibarilə o deməkdir ki, biz yeni su elektrik stansiyaları tikəcəyik və Azərbaycanın vəsaitləri bir çox sahələrə sərmayə kimi yatırılacaqdır. Bu, bizim üçün, Gürcüstanda yaşayan vətəndaşlarımız üçün bir çox yeni imkanlar açacaqdır. Biz bütün bu imkanlarımızı - Gürcüstanda mövcud olan enerji sahəsindəki imkanları genişləndirmək fikrindəyik.

Mən, həmçinin qeyd etmək istəyirəm ki, biz razılığa gəlmişik. Bu razılıq Poti və Kulevi arasında zavodun tikintisi ilə bağlıdır. Bu il onun tikintisi artıq başlayacaqdır və bu, bizim qarşılıqlı faydaya əsaslanan əməkdaşlığımızı nümayiş etdirən bir layihədir. Azərbaycan Gürcüstanda sərmayə yatırır və şirkətlərimiz ölkələrimizdə müvafiq iş aparırlar. Məsələn, Azərbaycanın ən böyük Dövlət Neft Şirkəti, Gürcüstanda fəaliyyət göstərir, artıq bir çox sərmayələri yatırmışdır və fəaliyyətini bundan sonra da genişləndirəcəkdir. Bu fəaliyyət xüsusən məhz bütün region üçün, regionun əhalisi üçün olduqca vacibdir. Biz çox şadıq ki, bu fəaliyyət artıq regionun hüdudlarından kənara da çıxır. Biz bundan çox məmnunuq.

Beləliklə, Bakı tərəfindən bölgədə böyük infrastruktur layihələri həyata keçirilir. Həmçinin yolların yaxşılaşdırılması, - Gürcüstan sərhədinə qədər və Gürcüstan sərhədindən digər ölkələrə doğru, - artıq bizim imkanlarımızı genişləndirir. Bakı-Tbilisi magistral yolu bizim dostluğumuzun möhkəmləndirilməsi üçün əlavə mühüm vasitələrdən birinə çevriləcəkdir.

Biz, həmçinin təlimlər sahəsində əməkdaşlıq aparmalıyıq. Çünki biz hesab edirik ki, həmçinin sərnişinlərimizin məhz sərhədlərdən keçməsi prosedurlarını da asanlaşdırmalıyıq. Onlar hər bürokratik əngəllərdən azad olmalıdırlar və sərhədləri sadə, sərbəst şəkildə keçməlidirlər. Bu, əslində hər iki ölkənin xalqının arzusudur ki, daha yaxşı həyat şəraitləri təmin edilsin.

Biz burada dostluq haqqında danışdıq. Keçirdiyimiz görüşlər zamanı biz onun şahidi olduq ki, razılaşmalarımız, əldə etdiyimiz nailiyyətlər rəqəmlərlə ölçülür. Məsələn, bir il ərzində bizim ticarət dövriyyəmiz 1 milyard ABŞ dollarından artıq olmuşdur. Ticarət balansına gəldikdə hələ ki, bu, Gürcüstan üçün mənfidir. Əslində bu, təbiidir. Lakin Gürcüstandan Azərbaycana ixrac da ilbəil artmaqdadır. Bu, əslində onu göstərir ki, münasibətlərimiz qarşılıqlı fayda verir və bütün bunlar Heydər Əliyevin strateji baxışlarına əsaslanır. Artıq dostum İlham Əliyev məhz bunu qeyd etdi və bildirdi ki, bu münasibətlərin tarixi kökləri vardır.

Mən, həmçinin Milli Məclisdə də çıxış edəcəyəm və bildirmək istəyirəm ki, əsrlər boyu inkişaf etmiş münasibətlər bizə imkan yaradır görək ki, ölkələrimiz bir-biri ilə nə qədər sıx bağlıdır. Bu baxımdan dostluq, qardaşlıq münasibətləri hər birimiz üçün vacibdir və bu, hiss olunur. Bu, bizim aramızda sırf emosional bir bəyanat deyildir. İlham Əliyevin rolu hər bir sahədə vacibdir. Azərbaycan bu siyasəti yürüdür. Məhz bu siyasətin sayəsində Gürcüstan öz müstəqilliyini qoruyub saxlamışdır. Azərbaycan, həmçinin öz sərmayələri vasitəsilə bizdə də iş şəraitinin daha da yaxşı şəkildə formalaşdırılmasına imkan yaradır. Bununla belə, geosiyasi vəziyyət hələ ki, mürəkkəbdir. Burada çox müxtəlif istiqamətlər vardır. Lakin dostlar bu cür anlarda hər zaman əl-ələ verib bir yerdə olmuşlar. Biz güclü şəkildə əməkdaşlıq aparırıq ki, bütün bu maneələri aradan qaldıraq.

Bir daha, Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Bu xoş qəbula və həmçinin bütün bu uğurlu, gözəl nəticələrə görə Sizə minnətdaram. Əslində bu, vətəndaşlarımız üçün, gələcəyimiz üçün olduqca vacibdir. Sağ olun. 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı