DÖVLƏT BAYTARLIQ XİDMƏTİ BEYLƏQANDA ZONA MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Beyləqan, 17 fevral (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Beyləqan şəhərində ölkənin Cənub və Muğan bölgələrinin 18 rayonunun baytarlıq idarə və laboratoriyaları rəhbərlərinin, digər əlaqədar sahə mütəxəssislərinin iştirakı ilə zona müşavirəsi keçirmişdir.
Tədbirdə ötən il respublikada baytarlıq tədbirlərinin yerinə yetirilməsi vəziyyəti müzakirə edilmiş, 2009-cu ildə qarşıda duran vəzifələrdən ətraflı bəhs olunmuşdur.
DBX-nin rəisi İsmayıl Həsənov keçən il ölkədə həyata keçirilmiş baytarlıq tədbirləri barədə geniş məlumat vermişdir. Natiq vurğulamışdır ki, baytarlıq profilaktikasının uğurlu təşkili bir sıra infeksion xəstəliklərin qarşısını vaxtında almağa imkan yaratmış, quşların kütləvi miqrasiya yerlərində keçirilən vaxtaşırı monitorinqlər zamanı respublikada "quş qripi" xəstəliyinin törədiciləri aşkar olunmamışdır. Xidmətin rəisi baytarlıq sahəsində mövcud nöqsanları xatırlatmış, baytarlıq tədbirlərinin səmərəliliyini yüksəltmək üçün konkret tapşırıqlar vermişdir.
İşgüzar fikir mübadiləsi şəraitində keçən müşavirədə problemlərin həlli üçün təkliflər səsləndirilmiş, suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]