Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcəkdir
Bakı, 20 noyabr (AZƏRTAC). Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev noyabrın 29-da Şirvan Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcəkdir. Qəbul saat 11-də başlayacaqdır.
DGK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qəbul zamanı bölgədə yerləşən Şirvan, Kürdəmir, Ağsu, Şamaxı, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]