DÖVLƏT İSTİQRAZLARININ ƏLAVƏ YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 20-də Bakı Fond Birjasında dövlət qısamüddətli istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bir sərmayədar tərəfindən təqdim olunmuş sifarişin nominal dəyəri 102 min 400 manatdır.
İstiqraz vərəqələri noyabrın 11-də ödəniləcəkdir.