Dövlət Məşğulluq Agentliyi beynəlxalq müsabiqədə mükafatlandırılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Asiya-Sakit okean regionu üzrə keçirilən nüfuzlu “Asiya mükafatı” beynəlxalq qiymətləndirmə müsabiqəsində uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Agentlik uğurlu aktiv məşğulluq tədbirlərinə, xidmətlərində obyektivlik və şəffaflığa, vətəndaşyönümlü yanaşmaya görə “Asiyanın dövlət xidməti mükəmməlliyi mükafatı” ilə təltif edilib. Agentliyin Mərkəzi Karyera filialı isə karyera məsləhəti sahəsində uğurlu layihələrinə görə “Asiyanın ilin ən yaxşı kouçinq institutu” mükafatına layiq görülüb.
Dövlət Məşğulluq Agentliyinin adı qalib olaraq “Asia Awards” mükafatının rəsmi səhifəsində də yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:31]
Nərimanov rayonunda obyektdə yanğın başlayıb
- 11.06.2026 [11:29]
Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO
- 11.06.2026 [11:24]
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb
- 11.06.2026 [11:21]
Beş tondan artıq narkotik vasitə məhv edilib
- 11.06.2026 [10:54]
Bu ilin may ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb
- 11.06.2026 [10:43]
Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub
- 11.06.2026 [10:33]
Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb
- 11.06.2026 [10:19]
Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]