Dövlət Neft və Sənaye Universiteti: “CyberEdu” layihəsi çərçivəsində işçi görüş
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin üzvü olduğu İsveç İnstitutunun həyata keçirdiyi və maliyyələşdirdiyi “CyberEdu” layihəsi çərçivəsində işçi görüş keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq əməkdaşlıq şöbəsi nümayəndələrinin, Kompüter elmləri kafedrası müəllim heyətinin iştirak etdikləri görüşdə “CyberEdu” layihəsinin koordinatoru Qatsek Qayevski layihənin icra vəziyyəti və növbəti birgə layihələrin həyata keçirilməsi haqqında məlumat verib, müzakirələr aparılıb.
Qeyd edək ki, “CyberEdu” layihəsi çərçivəsində tərəfdaş universitetlərdə kibertəhlükəsizlik üzrə ixtisaslaşmaların yaradılması nəzərdə tutulub.