Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dövlət qurumları İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirilib

Bakı, 2 fevral, AZƏRTAC

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin təcrübə mübadiləsinə cəlb edilməsi və qurumlararası kommunikasiyanın gücləndirilməsi məqsədilə mütəmadi şəkildə XRİTDX tərəfindən təşkil olunub. Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edib.

Öncə tədbirdə XRİTDX-nin illik fəaliyyəti barədə hesabat xarakterli videotəqdimat nümayiş olunub.

“Zirvə Toplantısı”nı giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov iştirakçıları salamlayaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin 2 fevral tarixində imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Rəis müavini bununla əlaqədar “Zirvə Toplantısı”nda iştirak edən gəncləri təbrik edib.

A.İsmayılov çıxışında bu “Zirvə Toplantısı”nın dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsinə, xüsusilə də kritik infrastrukturların təhlükəsizliyi məsələlərinin müzakirəsinə, eləcə də cari ilin fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri dövründə dövlət informasiya sistemlərinin və ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsinə həsr olunmasını vurğulayıb.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları və Kommunikasiya şöbəsinə sektor müdiri Elmir Vəlizadə də çıxışında bildirib ki, artıq üçüncü dəfədir belə bir sammit keçirilir. İnformasiya Təhlükəsizliyi sahəsində bütün qurumların məsul şəxslərinin iştirakı ilə keçirilən belə tədbirlərin çox mühüm əhəmiyyəti var.

E.Vəlizadə qeyd edib ki, ötən il Azərbaycan üçün bir çox əlamətdar hadisələr olub.

“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu, çox önəmli hadisədir. Eləcə də kibertəhlükəsizlik sahəsində uğurlu il olub. Belə ki, ötən ilin ikinci yarısında Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” təsdiq olunub. Cari il üçün qarşıda duran vəzifələr çoxdur. Strategiyaya əsasən hədəflər, tədbirlər planı artıq tərtib edilib. Hazırda qarşıda duran əsas vəzifə bu tədbirlər planından irəli gələn addımları layiqincə yerinə yetirməkdir. Nazirlər Kabineti tərəfindən işçi qrupu yaradılıb və aidiyyəti qurumlar arasında kommunikasiyanın düzgün təşkil olunması üçün artıq tədbirlər cədvəli qurulub. Düşünürük ki, Azərbaycanda Milli strategiya uğurla həyata keçiriləcək”, - deyə E.Vəlizadə əlavə edib.

E.Vəlizadə onu da əlavə edib ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı informasiya təhlükəsizliyi sahəsində çalışan hər bir qurum özündə mövcud olan informasiya sistemlərinin möhkəmliyini yüksək səviyyədə yoxlamalıdır: “Bu istiqamətdə bütün qurumlara uğurlar diləyirəm. Ümid edirəm ki, növbəti sammitlərdə biz təkcə ölkəmizin sərhədlərində reallaşdırdığımız layihələri deyil, eləcə də ölkəmizin xaricində icra etdiyimiz layihələri müzakirə edəcəyik”.

XRİTDX-nin idarə rəisi Tural Məmmədov çıxışı zamanı bildirib ki, dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin etmək üçün təhlükəsiz şəbəkə qurulub. Xidmət tərəfindən dövlət qurumlarının saytlarına 911 milyon 430 min zərərli keçidlər bloklanıb. Həmçinin 7 milyon 122 min 200 zərərverici də son istifadə hallarında bloklanıb. Onların bir qismi xüsusi hədəflənmiş zərərvericilər olub. Zərərli faylların analizi sistemi vasitəsilə son 1 il ərzində 1 milyon 103 min 650 zərərli fayl aşkarlanıb. Son istifadəçilərin bu faylları endirib istifadəsinin qarşısı alınıb.

T. Məmmədov qeyd edib ki, cari ildən yeni “Anti DDoS” sisteminin tətbiqinə başlanılacaq. Bu sistem dövlət qurumlarının kiberhücumlara qarşı daha təkmil qorunmasına xidmət edəcək. İdarə rəisi bildirib ki, növbəti aydan yeni elektron poçt sistemi istifadəyə veriləcək. Domino sistemi üzrə qurulmuş yeni sistem bir çox əlavə xidmətlər təqdim etməyə imkan verəcək. İlk Azərbaycandilli interfeysi mövcud olacaq. Dövlət qurumlarının son istifadəçilərinin mühafizəsi üçün mərkəzləşdirilmiş XDR həlli təqdim olunacaq. Bu ildən toplu SMS xidməti aktiv olacaq. T.Məmmədov, həmçinin bu il Azərbaycanda ilk dəfə “Kiber diplomatiya” konfransının keçiriləcəyini açıqlayıb.

“Bu tədbir Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə imzalanmış Anlaşma Memorandumu əsasında birgə keçirilir. Bu, nəinki Azərbaycanda, həmçinin regionda ilk belə tədbir olacaq. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanı kiberdiplomatların toplaşdığı əsas mərkəz olaraq formalaşdırmaqdır”, - deyə T.Məmmədov əlavə edib.

Tural Məmmədov bildirib ki, 2023-cü il ərzində dövlət qurumlarının informasiya sistemlərində çoxsaylı audit aparılıb və 697 nöqsan aşkarlanıb. Ötən il bu rəqəm 597 olub və builki göstərici ötən illə müqayisədə 20 faiz çoxdur. Bu rəqəm dövlət informasiya sistemlərində tapılan boşluqlar əsasında yazılan hesablar, sızmış məlumatlar əsasında müəyyən olunan çatışmazlıqların hesabat sayıdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə insidentlərin sayı çox deyil. İllik açılan sorğu sayı 7081 olub. Onun da 6649-u emal olunaraq bağlanıb.

“İndikatorlarla dövlət qurumlarından daxil olan insidentləri araşdırırıq və zəruri indikatorlar bloklanır. İl ərzində statistikaya baxsaq, dövlət qurumlarının müəyyən dövrlərdəki aktivliyini də müəyyənləşdirmək olar. İllik nəticəyə əsasən, tərəfimizdən aparılan monitorinq nəticəsində 517 kiberhücum indikatoru, qurumların təqdim etdiyi insidentlərin araşdırılması nəticəsində isə 674 xüsusi kiberhücum indikatoru müəyyən edilərək bloklanıb. Bu da yüzlərlə kiberhücumun qarşısının alınması deməkdir. Dövlət qurumlarına diqqətli olmalarını və ən kiçik anomaliya halları zamanı dərhal bizə məlumat vermələrini tövsiyə edirik”, - deyə T.Məmmədov diqqətə çatdırıb.

Tədbirin davamında “Kritik informasiya infrastrukturunda kibertəhdidlərə qarşı mübarizə fəaliyyətinin təşkili”, “Yeni nəsil Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi necə qurulmalıdır?”, “Son istifadəçilərin effektiv idarəedilməsi modeli” mövzularında təqdimatlar keçirilib və seçki dönəmində informasiya təhlükəsizliyi, yeni tendensiyalar, təhlükələr, dövlət qurumlarının qarşılaşdığı problemlər müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır