Dövlət Statistika Komitəsinin nümayəndələri Qazaxıstanda keçirilən beynəlxalq seminarda iştirak etmişlər
Bakı, 19 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) nümayəndələri Vüqar Şahbazov və Elistan Əzimov Qazaxıstanın Almatı şəhərində “Şərqi Avropa və Mərkəzi Asiyada miqrasiya və inkişaf üzrə məlumatların yaxşılaşdırılması” mövzusunda keçirilmiş seminarda iştirak etmişlər.
DSK-dan AZƏRTAC-a bildirmişlər ki, seminara Azərbaycan, Belarus, Gürcüstan, Ukrayna, Moldova və digər ölkələrin statistika təşkilatlarının və miqrasiya xidmətlərinin nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri qatılmışlar.
Tədbirdə miqrantlar haqqında tam və dolğun məlumat alınması, onların problemlərinin öyrənilməsi, beynəlxalq səviyyədə miqrasiyanın daha mükəmməl idarə olunması, bu sahədə ölkələrarası əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, miqrantların sağlamlığının qorunması, hüquqlarının müdafiəsi və digər məsələlər müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]