Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyənlər üçün müsabiqə elan edilib
Bakı, 7 yanvar, AZƏRTAC
Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyənlər üçün müsabiqə elan edib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən test imtahanında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək. Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün sənəd qəbuluna elektron ərizə vasitəsilə yanvarın 14-də başlanılacaq və davamlı olaraq həyata keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:34]
Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]