Dövlət Vergi Xidməti: Gələn ildən şəhid ailələrinə xüsusi yanaşma nəzərdə tutulub
Bakı, 11 noyabr, AZƏRTAC
Ötən il Vergi Məcəlləsinə dəyişiklik edilərkən şəhid ailələri ilə bağlı müəyyən güzəştlər oldu, banklar tərəfindən şəhid ailələrinin borcları silindi. Eyni zamanda, bu prosesdə bankların da maliyyə-vergi yükü azaldıldı.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə Xidmətin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Əvəz Quliyev bildirib.
Onun sözlərinə görə, növbəti ildən isə layihədə şəhid ailələrinə xüsusi yanaşma nəzərdə tutulub. Onların övladları, valideynləri və həyat yoldaşlarının aylıq gəlirinin 800 manatadək hissəsi gəlir vergisindən tam şəkildə azad olunur: “Qüvvədə olan qanunvericiliyə görə 1990-cı il 20 Yanvar hadisələri zamanı SSRİ qoşunlarının müdaxiləsi nəticəsində şəhid olan şəxslərin valideynləri və həyat yoldaşları üçün 100 manatlıq vergidən azadolma güzəşti verilir. Gələn ildən həmin güzəşti əldə edən şəxslərə onların övladları da aid ediləcək. Bununla da, 20 Yanvar hadisələrində həlak olan şəxslərin övladlarının da muzdlu işdən əldə etdikləri gəlirlərin vergi tutulan hissəsi 100 manat azaldılacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]