Dövlət Vergi Xidməti tərəfindən “DVX bot” adlı çat-bot tətbiqi hazırlanıb
Bakı, 28 dekabr, AZƏRTAC
Dövlət Vergi Xidməti tərəfindən “DVX bot” adlı çat-bot tətbiqi hazırlanıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, “DVX bot” vasitəsilə vergiödəyicilərinə xidmət mərkəzlərinin ünvanları barədə məlumat almaq, həmin mərkəzlərə onlayn növbəyə yazılmaq, kalkulyator vasitəsilə hesablamalar aparmaq və borc barədə məlumat almaq mümkündür.
Növbəti mərhələdə göstərilən xidmətlər üzrə tələb olunan sənədlər, müraciətlərin icra müddətləri, bəyannamələrin təqdim edilməsi vaxtı, bəyannamələrin tərtib edilməsinə dair aktual məsələlər, vergilər üzrə ümumi məlumatlar, vergilərin ödənilməsi qaydası, müddətləri və s. bu kimi vətəndaşları ən çox maraqlandıran və ən çox verilən suallar üzrə məlumatların yerləşdirilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, “DVX bot” xidmət mərkəzləri və borc barədə məlumat, onlayn növbə, kalkulyator, həmçinin “Mənə yazın” xidmətini təqdim edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]