Dövlət Xidməti: Hazırda 903 müraciət üzrə araşdırma davam edir
Bakı, 15 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə vətəndaşlar tərəfindən daxil olmuş 4886 müraciətə baxılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlərdən 1711-i təmin olunub, 1815 müraciətdə vətəndaşlara qanunamüvafiq izahat və tövsiyə verilib, 342 ərizə baxılması üçün aidiyyəti orqanlara göndərilib, 51-də araşdırma aparılıb və ərizələrdə qeyd olunan faktlar aşkar edilməyib, 53-də zəruri sənədlər təqdim edilmədiyindən müraciətə baxılması dayandırılıb, 11-də aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub.
Hazırda 903 müraciət üzrə araşdırma davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:44]
Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 28.09.2026 [11:36]
® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit
- 28.09.2026 [11:23]
Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb
- 28.09.2026 [11:02]