Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlətqaçqınkomda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Dövlətqaçqınkomda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 1-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş kollegiya iclası keçirilib. Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Son günlər Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirələrdə, xüsusən regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramının ikinci ilinin icrasının yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn və qarşıya qoyulan vəzifələrin, onların yerinə yetirilməsi istiqamətində görülən işlərin və Komitənin ötən ildəki fəaliyyətinin yekunlarına, qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında birinci məsələ ətrafında çıxış edən Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov qeyd edib ki, bu gün dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, Azərbaycanda dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində bir çox məsələlər özünün müsbət nəticəsini tapıb, sosial layihələrin icrası davam etdirilib.

Ölkəmizdə nəzərdə tutulan bütün proqramların icra edildiyini, hələ 2008-ci ildən dünyada bir neçə ildən sonra başlayacaq iqtisadi böhran barədə ölkə başçısı tərəfindən proqnoz verildiyini və onun qarşısının alınması məqsədilə konkret tapşırıqlar verildiyini qeyd edən Əli Həsənov bu böhranın 2015-ci ildə də Azərbaycana ciddi təsir etmədiyini, əksinə bir çox sahələrdə inkişafa nail olunduğunu diqqətə çatdırıb. Baş nazirin müavini vurğulayıb ki, o qədər də asan olmayan geosiyasi vəziyyət və qlobal iqtisadi böhran fonunda bunlar ölkəmiz üçün böyük uğurdur. Dövlətimizin başçısının da dediyi kimi, 2015-ci ildə bütün sosial proqramlar icra olunub və bu işlər hazırda da uğurla davam etdirilir. Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsi, manatın devalvasiyası müəyyən problemlər yaratmasına baxmayaraq, dövlətimizin başçısının rəhbərliyi altında aparılan dərin iqtisadi islahatlar, həyata keçirilən digər zəruri tədbirlər ölkəmizin bu vəziyyətdən də uğurla çıxmasına imkan verəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq, bu il bizim iqtisadiyyatımız daha da güclənəcək.

Artıq bu istiqamətdə mühüm addımlar atıldığını diqqətə çatdıran Baş nazirin müavini deyib ki, müxtəlif təbəqədən olan insanlara, aztəminatlı ailələrə, eləcə də məcburi köçkünlərə verilən müavinətlərin və digər imtiyazların artırılması sosial sahədə dövlətin nəzərdə tutduğu prioritet istiqamətlərdəndir.

Ötən il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesi sahələrində artıma nail olunduğunu, xüsusilə son 12 ildə regionların elektrik enerjisi, içməli su, təbii qazla təmin olunmasında, abadlıq və quruculuq işlərinin, sosial infrastruktur layihələrinin geniş vüsət almasında hərtərəfli inkişafa nail olunduğunu bildirən Əli Həsənov Prezident İlham Əliyevin ölkəmizdəki qaçqın və məcburi köçkünlərə hərtərəfli qayğı və diqqətindən də danışaraq bildirib ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş müvafiq Dövlət proqramlarına və onlara edilmiş əlavələrə uyğun olaraq indiyədək onların sosial-məişət şəraitlərini yaxşılaşdırmaq məqsədilə müxtəlif ərazilərdə salınmış bütün sosial-texniki infrastruktura malik 94 müasir tipli qəsəbələrdən 89-u məhz son 12 ildə tikilib istifadəyə verilib və bu qəsəbələrə köçürülmüş 243 min məcburi köçkündən 225 min nəfəri son 12 ilin payına düşür.

Bütün bunları ölkə rəhbərinin respublikanın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə, onun güzəranını yaxşılaşdırmağa önəm verdiyinin, sosial məsələlərin həllinə böyük diqqət yetirdiyinin bariz nümunəsi kimi dəyərləndirən Əli Həsənov bildirib: “Son 12 ilin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividentlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür”.

Baş nazirin müavini kollegiya iclasında, həmçinin Prezident İlham Əliyevin çıxışlarında yer alan ən mühüm məsələlərdən danışaraq qeyd edib ki, ölkəmizdə biznes mühitinin yaradılması, bunun üçün sahibkarlara kömək göstərilməsi, iş adamlarına qarşı maneələrin aradan qaldırılması, ixracyönümlü məhsulların istehsalına xüsusi diqqət ayrılması və digər məsələlərlə bağlı dövlətimizin başçısı konkret vəzifələr müəyyənləşdirməklə müvafiq qurumlara xüsusi tapşırıqlar verib. O, çıxışında mühüm bir məqama da toxunaraq qeyd edib ki, Azərbaycan Prezidenti tutduğu vəzifədən asılı olmayaraq, hər bir məmurdan vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsini bir tələb kimi qarşıya qoyur və bildirir ki, bütün vəzifəli şəxslər, məmurlar insanlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməlidirlər: “Hər bir məmur xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar” mesajı bu gün hər bir məmur üçün ciddi siqnal olmalıdır. Ona görə də Prezidentin bütün vəzifəli şəxslər qarşısında qoyduğu bu tələblərə ciddi əməl edilməlidir ki, vətəndaşlarımız əziyyət çəkməsinlər. Çünki bu gün atılan bütün addımlar da məhz əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir.

Ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bəzi qüvvələrin maraqlarına xidmət etdiyini deyən Əli Həsənov onu da bildirib ki, bu işdə biz özümüzə və öz gücümüzə arxalanmalıyıq, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti İlham Əliyevdir.

Baş nazirin müavini diqqətə çatdırıb ki, bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən mühüm qətnamə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyasında müzakirəyə çıxarılarkən AŞPA Azərbaycana qarşı ikili standart mövqeyində olduğunu bir daha nümayiş etdirdi. AŞPA bu addımı ilə onun özünün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dair qəbul etdiyi qərarlara, eləcə də BMT qətnamələrinə, Avropa Parlamentinin və ATƏT Parlament Assambleyasının qərar və qətnamələrinə qarşı çıxdığını açıq-aydın nümayiş etdirdi. “Təbii ki, burada ATƏT-in Minsk qrupunun da fəaliyyətsizliyi özünü göstərdi. Bununla yanaşı, keçən dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyib”, - deyə Əli Həsənov qeyd edib.

Kollegiya iclasında, həmçinin ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunaraq bildirilib ki, həmişə olduğu kimi, 2015-ci ildə də qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının ən çox diqqət yetirdiyi prioritet sahələrdən biri olmaqla Prezidentin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramına və ona edilmiş əlavələrə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib. Bunların nəticəsidir ki, ötən il məcburi köçkünlər üçün daha 5 müasir tipli qəsəbə istifadəyə verilib, 15 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Kollegiya iclasında diqqətə çatdırılıb ki, təqaüd yaşlarına çatdıqları üçün bir sıra əməkdaşlar təqaüdə göndərilib və bu sahədə işlər davam etdiriləcək.

Ümumilikdə götürdükdə ötən il Dövlətqaçqınkomun kollektivi qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasına nail olub. İclasda əminliklə vurğulanıb ki, cari ildə də bu sahəyə müntəzəm qayğı və diqqət göstərilməklə qarşıya qoyulan vəzifələr öz həllini tapacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib