CƏMİYYƏT
DSMF: Sığortaolunanların sayı 3,09 faiz artıb
Bakı, 7 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 153 min 807 nəfər və ya 3,09 faiz artıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib
Beləliklə, bu il noyabrın 1-nə qədər uçota alınmış sığortaolunanların sayı 5 milyon 138 min 308 nəfər təşkil edib.