DTX: Vətəndaşlarımızı rəsmi mənbələrə istinad olunmadan yayımlanan məlumatlara inanmamağa çağırırıq
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatlarla əlaqədar bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən informasiyaların yer alması ilə bağlı məlumat yayıb.
AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, məlumatda bildirilir: “Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.
Diqqətə çatdırmaq istərdik ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]