Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya Azərbaycanlılarının V Qurultayının QƏTNAMƏSİ

Dünya Azərbaycanlılarının V Qurultayının QƏTNAMƏSİ

Biz - dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları təmsil edən Qurultay nümayəndələri Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycan Respublikasının mədəniyyət paytaxtında çağırılmasından məmnunluq duyuruq.

Bu yüksək forumun Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Şuşa şəhərində keçirilməsi qərarı özlüyündə dünya azərbaycanlılarının hər birinin həyatında böyük əhəmiyyətə malik tarixi hadisədir. Tədbirin səmərəli təşkili və dünya azərbaycanlılarının nümayəndələrinə taleyüklü məsələlər ətrafında geniş fikir mübadiləsi aparmaq fürsətinin verilməsi yüksək qiymətləndirilməlidir. Bizə bu imkanı yaratdıqlarına görə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Hökumətinə və Qurultayın hazırlanmasında zəhməti olan hər kəsə dərin minnətdarlığımızı bildiririk.

Dünya Azərbaycanlılarının son Qurultayından ötən altı il ərzində Azərbaycanın ictimai-siyasi həyatında ciddi dəyişikliklər baş vermiş, Prezident, parlament və bələdiyyə seçkiləri keçirilmişdir. 2018-ci ilin aprelindəki Prezident seçkilərində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə yenidən səs vermiş, bununla 2003-cü ildən yürüdülən siyasətə dəstəyini bir daha nümayiş etdirmişdir. Xalqdan növbəti dəfə mandat alan cənab İlham Əliyev siyasi-iqtisadi islahatların yeni mərhələsini elan etmiş, eyni zamanda, ordu quruculuğunu gücləndirməklə Ermənistanın işğalı altındakı torpaqlarımızın azad edilməsi üçün həlledici mərhələyə zəmin hazırlamışdır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, 2020-ci ildə Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək, cəmi 44 gün ərzində özünün ərazi bütövlüyünü bərpa etmiş, Ermənistanın işğalı üzündən məcburi köçkün vəziyyətinə düşmüş insanlarımızın yurd həsrətinə bununla da son qoyulmuşdur.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində beynəlxalq hüquq normalarına hörmətlə yanaşan, sülhsevər xalq olduğunu bütün dünyaya bir daha nümayiş etdirmişdir. Müharibə dövründə Ermənistan hərbi bölmələrinin cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağdam, Mingəçevir və digər Azərbaycan şəhərlərində mülki obyektləri, yaşayış binalarını və dinc insanları atəşə tutmasına, yüzdən çox mülki şəxsi qətlə yetirməsinə baxmayaraq, Azərbaycan Ordusu istər Ermənistan ərazisində, istərsə də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində dinc insanları və mülki obyektləri əsla hədəfə almamışdır.

Xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı dövlətimizin diaspor quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı sayəsində son illər artmış, onların doğma Vətənə bağlılığı güclənmiş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası ətrafında birliyi daha da möhkəmlənmişdir. İstər COVID-19 pandemiyası dövründə, istər Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan sonra, istərsə də Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların həmrəyliyi görünməmiş dərəcədə yüksək səviyyəyə çatmışdır. Xaricdəki soydaşlarımız möhtəşəm milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək göstərmiş, orduya, yaralı əsgərlərə və şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan və evləri dağılan dinc sakinlərə, həmçinin həlak olanların ailələrinə humanitar yardımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkkillik və fədakarlıq nümayiş etdirmişlər.

Ötən dövr ərzində Azərbaycan dövləti cəmiyyətin maraqlarından irəli gələn rasional milli siyasət kursunu uğurla davam etdirmiş, etnik və dini tolerantlıq mühitinin inkişafına nail olmuş, əsl vətəndaş həmrəyliyini təmin etmişdir. Məhz buna görədir ki, inancından və etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin hər bir vətəndaşı Azərbaycanı eyni dərəcədə sevir, ona xidmət etməyi özünün müqəddəs borcu sayır. Azərbaycanda yaşayan bir çox milli azlıqların xarici ölkələrə miqrasiya etmiş nümayəndələrinin doğma Vətənlə daim əlaqə saxlaması, xalqımızın maraqlarının müdafiəsi ilə bağlı bütün təşəbbüslərə dəstək verməsi buna parlaq sübutdur.

Çoxşaxəli və tarazlaşdırılmış xarici siyasət yürüdən Azərbaycan Respublikası bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dost münasibətlərinin qurulması istiqamətində ardıcıl səylərini davam etdirir. Dünyanın bütün ölkələri ilə münasibətlərini məhz bu prinsiplər əsasında quran dövlətimiz beynəlxalq birliyin dərin etimadını qazanmağa müvəffəq olmuş, sıralarında 120-dən artıq ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədr seçilmişdir və hazırda bu statusda fəaliyyətini uğurla davam etdirir.

Ötən dövrdə Azərbaycan Respublikasının müdafiə qüdrəti daha da artmış, Silahlı Qüvvələr ən müasir texnika ilə təchiz edilmişdir. Bu gün Azərbaycan Ordusu dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və bütün sərhədlər üzərində nəzarətin təmin olunması kimi vəzifələrin öhdəsindən gəlməyə qadirdir.

Ötən illərdə Azərbaycan türk dünyasının mədəni və siyasi mərkəzlərindən birinə çevrilməkdə davam etmiş, eyni zamanda, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları türk diaspor təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərmişdir.

Azərbaycan COVID-19 pandemiyası ilə uğurla mübarizə aparmış və əhalinin təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq səviyyədə irəli sürdüyü təşəbbüslər, atdığı praktiki addımlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

Qeyd edilənləri nəzərə alaraq, Dünya Azərbaycanlılarının V Qurultayı qərara alır:

1. Dünya Azərbaycanlılarının IV Qurultayından ötən dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin ictimai və siyasi dairələri ilə əlaqələrin yaradılması istiqamətində görülmüş işlər qənaətbəxş hesab edilsin.

2. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin əhəmiyyəti, bu Qələbəni dünya azərbaycanlılarına bəxş edən şəhidlərin və qazilərin xidmətləri xüsusi vurğulansın.

3. Dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının 30 il ərzində müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir, Azərbaycan dövlətinin daxili və xarici siyasətini tam dəstəkləyir.

4. Qurultay bir daha vurğulamağı zəruri hesab edir ki, müstəqil Azərbaycan Respublikası dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, bütün azərbaycanlıların mənəvi dayağı, milli-mədəni maraqlarının ifadəçisidir. Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil respublikaya hər hansı formada, daxildən, yaxud xaricdən göstərilən təcavüzün qarşısının alınması, onun dünyəvi, hüquqi, milli dövlət olaraq inkişaf edib möhkəmlənməsi yalnız respublika vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, hər bir azərbaycanlının müqəddəs işidir.

5. Diaspor təşkilatlarına tövsiyə olunsun ki:

- diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün təmərküzləşmə prosesini davam etdirsinlər;

- xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri daha da gücləndirsinlər;

- Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti daha da dərinləşdirilsin;

- xarici ölkələrin parlamentlərində, dövlət və yerli özünüidarə orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmaları üçün tədbirlər gücləndirilsin;

- 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində, habelə hazırkı Ermənistanda qalan tarixi Azərbaycan torpaqlarında Azərbaycan xalqının milli-mədəni irsinin talan edilməsi, mənimsənilməsi və tarixi abidələrinin dağıdılması ilə bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə əlaqələndirilmiş tədbirlər həyata keçirilsin.

6. Qurultay Redaksiya Komissiyasına tövsiyə edir ki, səslənmiş fikir və təklifləri ümumiləşdirərək, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına və diaspor təşkilatlarına təqdim etsin.

7. Qurultay Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən xahiş edir ki, qurultayın materiallarının ayrıca kitab halında nəşr olunmasını və nümayəndələrə göndərilməsini təmin etsin.

8. Dünya Azərbaycanlılarının V Qurultayı bütün dünya azərbaycanlılarına müraciət edərək, onları milli maraqlarımızın qorunması naminə səy və bacarıqlarını səfərbər etməyə, müstəqil Azərbaycan dövləti ətrafında daha sıx birləşməyə çağırır.

 

Qətnamə Dünya Azərbaycanlılarının V Qurultayında qəbul olunmuşdur.

Şuşa şəhəri, 23 aprel 2022-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb