Dünya çempionatının yarımfinal öncəsi Xorvatiya millisində itki
Bakı, 10 iyul, AZƏRTAC
Xorvatiya milli komandasının və İspaniyanın “Atletiko” klubunun futbolçusu Şime Vrsalko dünya çempionatında İngiltərə yığması ilə yarımfinal oyununda iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, buna səbəb 26 yaşlı müdafiəçinin Rusiya ilə dörddəbir final matçında zədələnməsidir. Sol dizindən xəsarət alan Vrsalkonun dəqiq bərpa tarixi yaxın günlərdə müəyyənləşəcək.
Daha bir müdafiəçi İvan Striniç və hücumçu Mario Manzukiçin də İngiltərə yığmasına qarşı oyunda meydana çıxmaları sual altındadır. Vəziyyətlərinin ciddi olub-olmadığını müəyyənləşdirmək üçün hər iki oyunçu xəstəxanada həkim müayinəsindən keçəcəklər.
Qeyd edək ki, Xorvatiya millisi dörddəbir final mərhələsində Rusiyanı penaltilər seriyasında (əsas vaxt - 1:1, 4:3) üstələyib. İngiltərə ilə oyun iyulun 11-də “Lujniki” stadionunda keçiriləcək. Digər yarımfinal qarşılaşmasında Fransa ilə Belçika görüşəcək. Final matçı isə iyulun 15-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
- 05.10.2026 [01:16]
Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
- 04.10.2026 [21:23]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]
Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb
- 04.10.2026 [20:30]
Biləsuvarda avtomobil aşıb, xəsarət alan var
- 04.10.2026 [20:25]
Bu saata olan əsas xəbərlər
- 04.10.2026 [20:00]