DÜNYA OKEANININ SƏVİYYƏSİ SÜRƏTLƏ ARTIR
AZƏRTAC Bi-Bi-Si-yə istinadla xəbər verir ki, bunu avstraliyalı ekspertlər “Georhysical Research Letters” (“Geofiziki tədqiqat məktubları”) adlı ixtisaslaşdırılmış elmi jurnalda dərc edilmiş öz məruzəsində bildirmişlər.
Alimlər bütün dünyada dənizin səviyyəsinə dair aldıqları məlumatları araşdıraraq müəyyən etmişlər ki, həmin dövrdə dünya okeanının səviyyəsi 19,5 santimetr artmış, son 50 ildə isə daha sürətlə qalxmışdır. Alimlərin fikrincə, bu meyil getdikcə sürətlənir.
1870-2004-cü illər dövründə dəniz səviyyəsinin orta artım göstəricisi ildə 1,44 millimetr olmuşdur. Lakin XX əsrdə səviyyə ildə orta hesabla 1,77 millimetr artmışdır, 1950-ci ildən bəri isə illik orta artım 1,75 millimetr təşkil etmişdir.
Dəniz səviyyəsinin qalxması sürətini iqlim modellərinin də göstərməsinə baxmayaraq, Avstraliya alimləri deyirlər ki, onlar çox böyük dövr üçün məlumatların köməyi ilə belə meyli birinci olaraq təsdiqləmişlər.
Alimlərin xəbərdarlığına görə, bu artım indiki sürətlə davam etsə, cari əsrdə dənizlərin səviyyəsi 28-34 santimetr qalxacaqdır.
Britaniya Millətlər Birliyinin Elmi-Sənaye Tədqiqatları Təşkilatının alimi, həmin məruzənin müəlliflərindən biri Con Çörç demişdir: “Dəniz səviyyəsinin qalxması bəzi rayonlara dağıdıcı təsir göstərə bilər. Bu, o deməkdir ki, fırtınalar zamanı çökəkliklərdə yerləşən sahələri su basacaqdır. Sahilyanı ərazilərin eroziyası artacaq, ada dövlətlərində daşqınlar olacaqdır”.
Hazırda iqlimşünaslar belə yekdil rəydədirlər ki, karbohidrogen 4-oksid kimi buxar qazlarının atmosferdə getdikcə artması planetdə temperaturun yüksəlməsinin başlıca səbəbidir. Temperaturun artması buzlaqların əriməsi və dəniz suyunun istilik genişlənməsi kimi bir sıra mexanizmlər vasitəsilə dəniz səviyyəsinin qalxmasına gətirib çıxara bilər.