DÜNYADA ƏN YAXŞI TURİSTLƏR YAPONLARDIR
AZƏRTAC xəbər veirir ki, ən iri turizm agentliklərindən biri olan “Expedia”nın keçirdiyi illik sorğunun nəticələrinə görə, yaponlar dünyada ən yaxşı turistlər hesab olunmuşdur.
Sorğuda bütün dünyanı təmsil edən 4 mindən çox mehmanxana və hotel sahibləri iştirak etmişlər.
Onlar müxtəlif ölkələrdən olan turistləri davranış, səxavət, səliqəlilik, yerli əhalinin dilində danışmaq istəyi, yerli mətbəxə maraq, geyim qaydaları və başqa meyarlar üzrə qiymətləndirmişlər.
Bu meyarlara görə ən nümunəvi turistlər hesab edilmiş yaponlar siyahıda birinci yerə çıxmışlar. Sonrakı yerləri Böyük Britaniya, Almaniya, Kanada və İsveçrə turistləri tutur.
Amerikalılar 11-ci yerdədirlər. Lakin onlar iki parametrə - yerli əhalinin dilində ən çox işlənən bir neçə cümləni əzbərləmək istəyinə və yerli mətbəxə göstərdikləri marağa görə öndədirlər.
Eyni zamanda, fransızlar, çinlilər və yaponlar getdikləri ölkənin dilinə az maraq göstərirlər.
Ruslar səxavətlilik parametrinə görə yalnız ABŞ və Kanada turistlərindən geri qalırlar. Respondentlərin fikrincə, ən modabaz turistlər fransızlar və italyanlardır, amerikalılar isə çox zövqsüz geyinirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]