DÜNYADA ENERJİYƏ OLAN TƏLƏBAT ARTDIQCA AZƏRBAYCANIN MÖVQEYİ DAHA DA MÖHKƏMLƏNİR
Tədbirdə Türkiyə Qlobal Strateji Araşdırmalar Mərkəzinin üzvü, ehtiyatda olan general-mayor Nejat Eslen məruzə etmişdir. Türkiyə Silahlı Qüvvələrində, habelə NATO-nun İtaliya, Belçika və Türkiyədəki qərargahlarında yüksək vəzifələrdə xidmət etmiş general-mayor N.Eslen ordudan tərxis olunduqdan sonra Avrasiya regionu üzrə araşdırmalar aparmağa başlamış, “Tarix boyu müharibə və strategiya” və “Qlobal həmlələr, əsas strategiyalar” kitablarını yazmışdır.
N.Eslen məruzəsində müasir dövrdə Avrasiya regionunda baş verən proseslər, böyük dövlətlərin bölgədə toqquşan maraqları və bu konteksdə Türkiyənin və Azərbaycanın yerindən danışmışdır. Natiq bildirmişdir ki, zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan və Xəzərin enerjidaşıyıcılarının Avropa və Aralıq dənizinə nəqlini həyata keçirən Türkiyənin bölgənin geostrateji baxımdan əhəmiyyəti yüksəkdir. Dünyada gündən-günə enerjiyə tələbatın çoxaldığını bildirən istefada olan general, bunun bölgədə Azərbaycanın mövqeyini daha da möhkəmlətdiyini diqqətə çatdırmışdır.
N.Eslan müəllim və tələbələrin suallarını cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]