“Dünyanı uşaqlara cənnət edək” adlı tədbir keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar olaraq Xətai rayon 269 nömrəli tam orta məktəbin şagirdləri ilə “Dünyanı uşaqlara cənnət edək” başlığı altında tədbir təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, uşaq şöbəsinin müdiri Təranə Quliyeva şagirdlərə uşaq hüquqları sahəsində qəbul olunan qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Sonda şagirdlərə məlumat xarakterli broşürlər paylanılıb.